Bakı metrosu sərnişinlərini hər an qarşılamağa hazırdır
Bakı, 27 fevral, AZƏRTAC
Bakı metrosu sərnişinlərini hər an qarşılamağa hazırdır.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, böyük hünərlərlə zəngin olan illərin sırasında bütün dünyanın həyat ahəngini pozan pandemiya metropolitenimizin normal fəaliyyəti qarşısında ciddi əngəllər yaradıb. Metro insanların sağlamlığının qorunması, COVID-19 bəlasından uzaqlaşdırmaq üçün ötən ildə sərnişinlərə 202 gün qapı aça bilməyib.
Bu ilin ikinci ayı da daşıma fəaliyyəti olmadan başa vurulmaq üzrədir. Pandemiyanın ilk günlərində metropoliten şəraitin tələblərinə uyğun bütün lazımi tədbirləri yerinə yetirsə də, son nəticədə müvafiq şəraitdə yeraltı nəqliyyatın sərnişin daşınmasındakı iştirakı məqbul hesab edilmədi. Amma bununla belə metro gələcəkdə daşımaların daha rahat, xidmət mədəniyyətinin daha yüksək, hərəkətin daha təhlükəsiz olması üçün fəaliyyətini davam etdirir və çoxdan darıxdığı sərnişinlərini hər an qarşılamağa hazırdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]