Bakı polisi: İmtahan keçirilən ünvanlarda bütün zəruri tədbirlər görülür
Bakı, 30 iyul, AZƏRTAC
Paytaxtda növbəti buraxılış (qəbul) imtahanları pandemiya şəraitinə və xüsusi karantin rejiminin tələblərinə uyğun təşkil edilir.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları iştirakçılar arasında sosial məsafənin qorunmasına və tibbi maskadan istifadə olunmasına nəzarət edirlər. İmtahan keçirilən ünvanlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidmət aparırlar. Bu məqsədlə ictimai təhlükəsizliyin tam və hərtərəfli təmin olunması üçün bütün zəruri tədbirlər icra olunur.