Bakı-Quba yolunda baş verən avtoqəzada tələbə qız dünyasını dəyişib
Quba, 13 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 13-də Bakı-Quba yolunda baş verən avtoqəza zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər veriri ki, Qubanın İkinci Nügədi kənd sakini, Kamil Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Qubadan Bakı istiqamətinə gedərkən yoldan çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan sərnişinlər - Qubanın Birinci Nügədi kənd sakini, 46 yaşlı Əsəd Səməd oğlu Kərimov və İkinci Nügədi kənd sakini Şəbnəm Qabil qızı İsmayılova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Dioqnostika mərkəzinə çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, 19 yaşlı Şəbnəm İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb.
Şəbnəm İsmayılova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının ikinci kursunda təhsil alırdı.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:58]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib
- 07.10.2026 [15:38]
Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var
- 07.10.2026 [15:30]
Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək
- 07.10.2026 [14:49]
İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir
- 07.10.2026 [14:41]
Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb
- 07.10.2026 [12:57]
Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO
- 07.10.2026 [12:54]