Bakı Şahmat Olimpiadasını işıqlandıran jurnalistlər arasında yarış keçirilib
Bakı, 8 sentyabr, AZƏRTAC
Bakı Şahmat Olimpiadasının istirahət günündə yerli və əcnəbi jurnalistlər arasında sürətli şahmat turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan ilə yanaşı, Rusiya, Ukrayna, İspaniyadan olan media nümayəndələri iştirak ediblər.
Böyük maraqla qarşılanan yarışda yüksək yerlər tutan jurnalistlər yaxın günlərdə mükafatlandırılacaqlar.