Bakı şahmat üzrə dünya kuboku yarışına ev sahibliyi edəcək
Bakı, 14 dekabr, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyası (FIDE) növbəti dəfə Azərbaycana böyük etimad göstərib.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildiriblər ki, FIDE şahmat dünyasının nüfuzlu yarışlarından biri sayılan dünya kubokunun yarışının təşkilatçılığını Azərbaycana həvalə edib.
Mötəbər yarış Bakıda 2023-cü il iyulun 29-dan avqustun 26-dək təşkil olunacaq.
Qeyd edək ki, bu, Azərbaycanın ev sahibliyi edəcəyi ikinci dünya kuboku yarışı olacaq. İlk dəfə Bakı 2015-ci ildə analoji yarışa ev sahibliyi edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]