Bakı sakini: bu tarix bir mərdlik dastanıdır
Bakı, 20 yanvar, Ceyhun Alışlı, AZƏRTAC
Şəhidlər xiyabanını ziyarət edən paytaxt sakini Azad Cəfərli AZƏRTAC-a müsahibəsində deyib ki, 1990-cı ilin 20 Yanvarında baş vermiş hadisələr xalqımızın yaddaşında daim qalacaq. Bu tarix gələcəyimiz üçün bir mərdlik dastanına çevriləcək.
O qeyd edib ki, sovet ordusunun 1990-cı il yanvarın 20-də törətdiyi qanlı hadisələr müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan Azərbaycan xalqının iradəsini, əzmini qırmağa hesablanmışdı. Lakin Vətəni uğrunda canlarını fəda edən şəhidlərimiz onların bu məkrli niyyətinin baş tutmasına imkan vermədilər. Həmin gecədə şəhidlik zirvəsinə yüksələn mərd soydaşlarımız tariximizin ən parlaq səhifələrindən birini yazdılar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]