Bakı sakini: Qalib ölkənin vətəndaşı kimi çox sevincliyəm və bundan qürur duyuram
Bakı, 10 noyabr, AZƏRTAC
Ötən gecə ölkəmizin üçün çox möhtəşəm gecə oldu. Qalib ölkənin vətəndaşı kimi çox sevincliyəm.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında paytaxt sakini Gündüz Gəncəliyev deyib.
Böyük Qələbəyə görə Vətənimizin hər bir sakininin özünü dünyanın ən xoşbəxti hiss etdiyini vurğulayan G.Gəncəliyev bildirib: “Hazırda paytaxt Bakıda və bölgələrimizdə əsl bayram ab-havası hökm sürür. Bu, tariximiz üçün çox böyük hadisədir. Mən şəhid analarının əllərindən öpürəm. Onların övladları bizim torpaqlarımızın işğaldan azad olunması üçün canlarını fəda etdilər. Yaralı hərbçilərmizə tezliklə öz sağlamlıqlarına qovuşmasını arzu edirəm. Bu qələbə sevincinə görə Müzəffər Ali Baş Komandanımıza və rəşadətli Ordumuza minnətdaram. Prezident İlham Əliyevin bütün sahələrdə qəbul etdiyi müdrik qərarlar Azərbaycanı dünyanın ən qüdrətli ölkələrindən birinə çevirib. Hər zaman Prezidentimizin, Müzəffər Ali Baş Komandanımızın əmrindəyəm. Azərbaycan Prezident İlham Əliyevin rəhbəri olduğu ölkənin gənc vətəndaşı olmaqdan qürur duyuram”.