CƏMİYYƏT
Bakı-Şamaxı yolunun 123 kilometrliyində avtomobildə baş verən yanğın söndürülüb VİDEO

Bakı, 6 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Şamaxı rayonunun Bakı-Şamaxı yolunun 123 kilometrliyində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” markalı 77-JE-022 dövlət qeydiyyat nişanlı yük avtomobilində yanğın baş verməsi müəyyənləşdirilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yük avtomobilinin mühərrik hissəsi və elektrik avadanlığı yanıb. Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.