BAKI ŞƏHƏR 3 NÖMRƏLİ KLİNİKİ XƏSTƏXANASINDA QAYNAR XƏTT İŞƏ DÜŞMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yaxşılaşdırmaq məqsədi ilə səhiyyə nazirinin əmrinə əsasən 3 nömrəli Bakı kliniki xəstəxanasında qaynar xətt yaradılmışdır. Xəstəxananın bütün şöbələrində, Bakı Şəhər Səhiyyə İdarəsində, o cümlədən tibb ocağında fəaliyyət göstərən qaynar xəttin nömrələri qeyd olunmuşdur. Bununla bərabər, 3 nömrəli şəhər kliniki xəstəxanasının dərman təchizatında dönüş yaradılmışdır. Xəstəxananın baş həkimi Telman İbadov bildirmişdir ki, Bakı Səhiyyə Baş İdarəsi tərəfindən xəstəxanaya maliyyə vəsaiti ayrılmış və zəruri dərmanlar əldə edilmişdir. Bütün şöbələrə dərman preparatları paylanmışdır. Artıq xəstəxanaya daxil olan bütün xəstələrə ilk tibbi yardımla bağlı bütün dərmanlar verilir. Müalicə ilə əlaqədar kimin narazılığı varsa, 450-23-69 və 450-21-70 nömrəli telefonlarla müraciət edə bilər. Çalışacağıq ki, müraciət edənlərin narazılığını aradan qaldıraq, onlara tibbi xidmətin səviyyəsini yüksəldək.
Tibb xidmətində tətbiq olunan yeniliklər əhali tərəfindən razılıqla qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]