Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətinin məlumatı
Bakı, 9 sentyabr, AZƏRTAC
Sentyabrın 8-də sosial şəbəkələrdə Yasamal rayonu, Akim Abbasov küçəsi 3 ünvanındakı binanın yaxınlığında ağacların dibinə naməlum şəxslər tərəfindən beton tökülməsi ilə bağlı məlumat yayılmışdı.
Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən dərhal əraziyə baxış keçirilib, ağacların dibi betondan təmizlənib, onlara su verilib və ərazi nəzarətə götürülüb.
Bu barədə AZƏRTAC-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.