Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən vətəndaşlar videoformatda qəbul ediləcək
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-dan Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən vətəndaş qəbulu prosesi videoqəbul formatında həyata keçiriləcək.
Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, videoqəbulların təşkilində əsas məqsəd vətəndaş qəbulu prosesini səmərəli təşkil etmək, vətəndaşların BŞTİ-yə müraciət etmək imkanlarını müasir texnologiyalardan istifadə ilə genişləndirmək və onları maraqlandıran məsələlərə aydınlıq gətirməkdən ibarətdir.
Videoqəbulda iştirak etmək istəyən vətəndaşlar qəbul günləri haqqında Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna və ya (012) 599-12-22 nömrəli telefona zəng etməklə məlumat ala bilərlər.
Qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.
Videoqəbullarda müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:30]
Mərkəzi Elmi Kitabxanada professor Asif Rüstəmlinin kolleksiyası yaradılıb
- 06.10.2026 [15:44]
KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib
- 06.10.2026 [14:49]