Bakı Slavyan Universitetinin magistraturasına qəbul olanların sayı açıqlanıb
Bakı, 10 sentyabr, AZƏRTAC
Bakı Slavyan Universitetinin magistraturasına 2020-2021-ci tədris ilində 19 ixtisaslaşma üzrə 99 nəfər qəbul olunub.
Bu barədə AZƏRTAC-a BSU-nun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu il BSU-ya ali təhsilin magistratura səviyyəsinə 2 yeni ixtisaslaşma - Məktəbəqədər təlim və tərbiyənin metodikası və metodologiyası ixtisaslaşmasına, həmçinin ingilis bölməsi üzrə Beynəlxalq münasibətlər və diplomatiya ixtisaslaşmasına da magistrant qəbulu aparılıb.
Universitetə ingilis bölməsi üzrə Beynəlxalq münasibətlər və diplomatiya ixtisaslaşmasına magistrant qəbulu BSU ilə Bolqarıstan Respublikasının tanınmış və nüfuzlu ali təhsil müəssisəsi olan Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti arasında magistr proqramı hazırlığı üzrə ikili diplom layihəsi çərçivəsində bağlanılmış müqaviləyə əsasən həyata keçirilib. Bu da universitetin beynəlxalq əlaqələrinin daha da genişlənməsi, eləcə də ali təhsilin magistratura səviyyəsində müasir dövrümüz üçün tələb olunan kadrların hazırlanması istiqamətində atdığı növbəti uğurlu bir addım kimi qiymətləndirilir. Qeyd edək ki, BSU-nun rəhbərliyinin dəstəyi ilə Magistratura şöbəsinin əməkdaşları tərəfindən magistrantların onlayn formada qeydiyyatı yüksək səviyyədə təşkil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:48]
BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü
- 01.10.2026 [16:36]
BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir
- 01.10.2026 [16:17]
BDU tələbələri kibertəhlükəsizlik haqqında məlumatlandırılıb
- 01.10.2026 [16:13]
Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb
- 01.10.2026 [16:10]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid
- 01.10.2026 [15:45]