BAKI-TBİLİSİ –CEYHAN LAYİHƏSİ ÜZRƏ İŞLƏRİN 55 FAİZİ YERİNƏ YETİRİLMİŞDİR
“BTC co” şirkətindən aldığı məlumatda deyilir ki, kəmərin tikintisi üzrə
işlərin 55 faizi yerinə yetirilmişdir.
Azərbaycan ərazisində nəzərdə tutulmuş cədvəl üzrə 229 kilometrlik
sahənin tikintisi başa çatdırılmış, Gürcüstanda PSG-1 nasos stansiyası və ilk
turbin quraşdırılmış, 95 kilometrlik sahədə borular qaynaq edilmişdir.
Türkiyə ərazisində əlverişsiz hava şəraiti Ceyhan terminalında işləri bir
az ləngitsə də, indi bütün qaynaq işləri normal gedir.