BAKI TƏCİLİ YARDIM STANSİYASINDA QAYNAR XƏTT İŞƏ DÜŞMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Bakı şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında hər gün xəttə 133 sanitar avtomobil çıxır. Hər gün stansiyada gün ərzində 5-10 həkim briqadası işləyir. Lakin briqadaların dərmanla təmin olunmaması əhali arasında haqlı narazılığa səbəb olur. Stansiyanın dərmanla təchizatı məsələsi artıq öz həllini tapmışdır. Stansiyadan bildirmişlər ki, qaynar xəttin nömrəsi 449-43-30-dur. Əhalinin təcili yardımla bağlı hər hansı şikayəti olarsa, birbaşa bu telefonla stansiyaya müraciət edə bilər. Daxil olan şikayətlər operativ olaraq araşdırılır, səbəblər aradan götürülür və lazımi xidmət təmin olunur.