Bakı və Bişkek şəhərləri arasında birbaşa əlaqələrin yaradılması məsələsi müzakirə edilib
Bişkek, 22 aprel, AZƏRTAC
Qardaş ölkələr olan Azərbaycan və Qırğızıstan arasında son vaxtlar bütün sahələrdə əməkdaşlığın genişlənməsi istiqamətində çox iş görülüb. Bununla belə, mövcud potensialdan kifayət qədər istifadə olunmur.
Bu fikir Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun Bişkek şəhərinin meri Albek İbraimovla görüşündə bildirilib. A.İbraimovu Bişkek şəhərinin meri seçilməsi münasibətilə təbrik edən H.Orucov qeyd edib ki, Azərbaycanla Qırğızıstan arasında münasibətlərin inkişafı dövlət başçılarımızın maraq dairəsindədir.
Söhbət zamanı Bakı ilə Bişkek arasında birbaşa əlaqələrin yaradılması istiqamətində də fikir mübadiləsi aparılıb. Diplomat Bişkekin merini Azərbaycana səfərə dəvət edib. Mer dəvəti məmnuniyyətlə qəbul edərək Azərbaycanı çox sevdiyini bildirib. O, uzun müddət Azərbaycanda yaşadığını və səbirsizliklə Bakı şəhərini yenidən görmək istədiyini vurğulayıb. O deyib ki, Azərbaycan və Qırğızıstan xalqları qardaş xalqlardır və ölkələrimiz arasında münasibətlər daim inkişaf edir.
Tərəflər Bakı ilə Bişkek arasında əməkdaşlığın genişləndirilməsi üçün danışıqların davam etməsinin vacibliyini vurğulayıblar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]