BAKIDA 1068 YOL-NƏQLİYYAT HADİSƏSİ BAŞ VERMİŞDİR
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, bu ilin 9 ayı ərzində Bakı şəhərində 1068 yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə 294 nəfər həlak olmuş, 1178 nəfər müxtəlif dərəcəli xəsarət almışdır.
Piyadaların vurulması ilə bağlı qeydə alınan 586 hadisə zamanı 140 nəfər ölmüş, 483 adam xəsarət almışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil qəzalarının sayı 32,5 faiz, ölənlərin sayı 48,5 faiz, yaralananların sayı isə 32,2 faiz artmışdır.