Bakıda amerikalı master-şefin kulinariya seansı keçirilib
Bakı, 19 aprel, AZƏRTAC
“Dəniz Mall” ticarət mərkəzində yerləşən “Casa Art Center”də “Western Civilization Hertage İsrael Proqram”ın və Amerika-Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə Kaliforniya ştatından gələn Nir Vein Bluth şefin kulinariya seansı keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin mətbəxi barədə təəssüratlarını bölüşən Nir Vein Bluth deyib: “Azərbaycanın çox dadlı orqanik tərəvəzləri və mətbəxi var. Bakıya gəlişimdə məqsəd tələbələr üçün çox maraqlı reseptləri, eləcə də Aralıq dənizinə aid kulinariya reseptləri öyrətməkdir”.
Sonda kaliforniyalı master-şef azərbaycanlı gənc aşpaz tələbələr üçün Azərbaycan, İsrail, ABŞ yeməkləri hazırlayıb.