Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Azərbaycan Pediatriya Cəmiyyətinin IV Milli və II Beynəlxalq Pediatriya Konqresi işə başlayıb

Bakı, 12 dekabr, AZƏRTAC

Bakıda Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə IV Milli və II Beynəlxalq Pediatriya Konqresi öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışında iştirakçılar Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Açılış mərasimində iştirakçılara Ümummilli Lider Heydər Əliyevin uşaqların sağlamlığı və gələcəyi ilə bağlı dərin qayğısını əks etdirən videoçarx təqdim olunub.

Ardınca Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Əli Quliyev açılış nitqində cəmiyyətin son bir ildəki fəaliyyəti və görülən işlər haqqında məlumat verib. O həmçinin bu elmi platformanın artıq ənənəyə çevrildiyini, hər il yüzlərlə yerli və xarici mütəxəssisi bir araya gətirərək pediatriya elminin inkişafına töhfə verdiyini vurğulayıb.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov uşaqların sağlam böyüməsinin yalnız tibbi məsələ deyil, cəmiyyətin inkişafı, ölkəmizin gələcəyi, dövlətin strateji prioriteti olduğunu deyib. O qeyd edib ki, hər bir körpənin sağlamlığı bizim ümumi məsuliyyətimizdir. Bu istiqamətdə görülən işlər, yeni yanaşmalar, elmi yeniliklər və praktiki təcrübə mübadiləsi gələcək nəticələr üçün son dərəcə vacibdir. “Bugünkü konqres pediatriyada çağdaş problemlərin müzakirəsi, neonatal və uşaqlara yönəlik xidmətlərin təkmilləşdirilməsi, eləcə də müasir texnologiyaların tətbiqi baxımından mühüm platformadır. Əminəm ki, burada səsləndiriləcək tövsiyələr həm kliniki praktikaya, həm də ölkəmizin səhiyyə siyasətinə mühüm töhfə verəcək”, - deyə deputat vurğulayıb.

Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev deyib ki, Ümummilli Lider Heydər Əliyevin digər istiqamətlərdə olduğu kimi, vaxtında səhiyyə sahəsində də formalaşdırdığı möhkəm təməl, dövlət siyasəti və onun bəhrələrinin bu gün - Ulu Öndərin anım günündə bu cür səmimi duyğular, dərin hörmətlə xatırlanması bir daha bu görkəmli şəxsiyyətin tarix və xalq qarşısında xidmətlərini nümayiş etdirir. O deyib: “Burada paralel təşkil olunan - həm milli, həm də beynəlxalq müstəvidə müzakirələrin zəngin proqramları ilə tanışlıq göstərir ki, ortada böyük bir əmək, zəhmət, fədakarlıq var.

Azərbaycan Pediatriya Cəmiyyəti səmərəli fəaliyyəti ilə ölkə hüdudlarını aşa bilən, Beynəlxalq Pediatriya Assosiasiyasının Mərkəzi Asiya regionu üzrə təmsilçisi mövqeyinə yüksəlmiş nümunəvi təşkilatdır. Azərbaycan QHT-sinin bu Assosiasiyanın ali idarəetmə orqanı olan Daimi Komitəsinin bu il növbəti dəfə üzvü seçilməsi ciddi göstəricidir. Bu, Assosiasiyada birləşən 148 ölkənin milli pediatriya cəmiyyətlərinə əlverişli çıxış imkanı, onların fəaliyyətlərinin əlaqələndirilməsində, tənzimlənməsində birbaşa iştirak fürsətidir. Ümid edirik ki, Azərbaycan Pediatriya Cəmiyyəti dünya ölkələrinin yarıdan çoxunu əhatə edən milli pediatriya cəmiyyətlərinin bu etimadını layiqincə doğruldacaq.

Azərbaycan Pediatriya Cəmiyyətinin bu ilin mayında Meksikada uğurlu ölkə təqdimatı nəticəsində ölkəmizin Beynəlxalq Pediatriya Assosiasiyasının Konqresinə ev sahibliyinə əsas namizəd ölkələr içərisində ilk dəfə üst pillələrdə qərarlaşdı. Qarşıdakı dövrdə bu sistemli işin real nəticə verəcəyinə inanırıq”.

T.Əliyev bildirib ki, son illər Azərbaycanda səhiyyə profilli təşkilatların fəaliyyətində müşahidə olunan canlanma, təşəbbüskarlığın artması, layihələrin keyfiyyətinin yüksəlməsi sevindiricidir. Yaxın vaxtlarda ölkədə səhiyyə profilli QHT-lərin ilk forumu təşkil olunacaq.

“Düşünürük ki, son elmi yeniliklər nəzərə alınmaqla, müasir müalicə protokollarının tərtib olunmasında, davamlı əsasda yenilənməsində beynəlxalq təcrübəyə uyğun olaraq, ixtisaslaşmış peşə birlikləri, profil üzrə QHT-lər layiqli töhfə verə bilər.

Tibb elmi, bu xüsusda pediatriya sürətlə dəyişir, zənginləşir. Bir tərəfdən uşaqların sağlamlığının daha səmərəli qorunmasını təmin edən kliniki, tibbi həllər tapılır, digər tərəfdən rəqəmsal texnologiyaların, sosial medianın, süni intellekt məhsullarının yan təsirləri, ifrat və nəzarətsiz istifadəsi uşaqları daha müdafiəsiz vəziyyətə gətirir. Təbii ki, zərərli asılılıqlar, virtual mühit aludəçiliyi onların sağlamlığına, inkişafına mənfi təsir göstərir”, - deyə o əlavə edib.

Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramiq Quliyev konqresdə müzakirə olunacaq elmi nəticə, təqdimat və təkliflərin gələcəkdə qəbul olunacaq qərarların daha dəqiq və effektiv olmasına yardım edəcəyini deyib. O vurğulayıb ki, Səhiyyə Nazirliyi pediatriya xidmətlərinin davamlı şəkildə təkmilləşdirilməsini prioritet hesab edir və bu sahədə bütün tərəfdaşlarla sıx əməkdaşlığa böyük önəm verir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müavini Araz Nəsirov isə qeyd edib ki, uşaq sağlamlığı sahəsində atılan hər addım gələcəyin sağlam cəmiyyətinin qurulmasına yönəlib. “Son illər ölkəmizdə icbari tibbi sığortanın tətbiqi, xəstəxanaların idarəedilməsində yeni standartların formalaşdırılması və klinik protokolların vahid yanaşma ilə yenilənməsi nəticəsində pediatriya xidmətlərinin keyfiyyətində nəzərəçarpan dəyişikliklər baş verib”,- deyə o əlavə edib.

Daha sonra Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Əli Quliyev tərəfindən konqres çərçivəsində ölkə pediatriyasının inkişafına göstərdikləri dəstəyə görə bir sıra şəxslərə fəxri plaketlər təqdim olunub.

Qeyd edək ki, iki gün davam edəcək konqresdə çoxprofilli panel sessiyaları, yerli və xarici mütəxəssislərin elmi məruzələri, pediatriyanın aktual problemlərinə həsr olunmuş müzakirələr keçiriləcək.

Azərbaycan Pediatriya Cəmiyyəti ölkədə pediatriya elminin və uşaq sağlamlığının inkişafına xidmət edən aparıcı peşəkar təşkilatlardan biridir. Cəmiyyət mütəmadi olaraq yerli və beynəlxalq elmi tədbirlər keçirir, pediatrların peşəkar təkmilləşməsinə dəstək göstərir və uşaq sağlamlığı sahəsində elmi araşdırmaları təşviq edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub

Transxəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib