BAKIDA BOKS ÜZRƏ PEŞƏKARLAR ARASINDA BEYNƏLXALQ TURNİR BAŞLANDI
AZƏRTAC xəbər verir ki, dekabrın 8-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq boks turniri başlanmışdır.
Turnirin açılış mərasimində Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya və Argentina idmançıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. İncəsənət ustalarının ifasında Böyük Azərbaycanlı haqqında mahnılar səslənmişdir.
Turnir kikboksinq üzrə 81 kiloqram çəki dərəcəsində rusiyalı atlet Aleksandr Romaşka və azərbaycanlı Rahil Rəcəbovun döyüşü ilə başlamışdır.
Boks həvəskarlarının səbirsizliklə gözlədiyi, Azərbaycanın peşəkar boksçusu Əli İsmayılovla argentinalı Alehandro Alvarez arasında olacaq döyüş də bu gün keçiriləcəkdir. Xatırladaq ki, “Kinq Konq” ləqəbli Argentina idmançısı 1996-cı ildən rinqdədir və bu vaxta qədər keçirdiyi 20 döyüşün 13-nü qələbə, 7-ni isə məğlubiyyətlə başa vurmuşdur. Əli İsmayılovla Alehandro Alvarez arasında döyüş hər biri 3 dəqiqə olmaqla, 12 raunddan ibarət olacaqdır. Döyüşü Sankt-Peterburqdan və İspaniyadan olan hakim heyəti idarə edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]