BAKIDA CƏNUBİ QAFQAZ VƏ MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİNİN TƏLƏBƏ REGİONAL YARIŞI KEÇİRİLƏCƏKDİR
Bakı, 4 avqust (AZƏRTAC). Avqustun 5-8-də Bakıda “Tələbələr azad sahibkarlıq fəaliyyətində (SİFE)” beynəlxalq tələbə proqramı üzrə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin regional yarışı keçiriləcəkdir.
Gənclər və İdman Nazirliyindən bildirmişlər ki, yarışda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Tacikistan komandaları iştirak edəcəklər.
Azərbaycanı bu yarışda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Naxçıvan Dövlət Universitetinin komandaları təmsil edəcəklər. Regional yarışda iştirak edən komandaların layihələri yerli və beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir.
Yarışın keçirilməsində məqsəd sahibkarlıq fəaliyyəti sahəsində gənclərin beynəlxalq əlaqələrini genişləndirmək, SİFE yarışı üzrə Azərbaycan komandalarının bacarıqlarını və təcrübələrini artırmaqdır.
Qeyd edək ki, beynəlxalq tələbə proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulmuşdur. Hazırda 6 qitəni və 48 ölkəni təmsil edən tələbə komandalar hər il keçirilən dünya çempionatlarında öz ölkələrini və universitetlərini təmsil edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]