BAKIDA CƏNUBİ QAFQAZ VƏ MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİNİN TƏLƏBƏ REGİONAL YARIŞI KEÇİRİLİR
Bakı, 6 avqust (AZƏRTAC). Bakıda “Tələbələr azad sahibkarlıq fəaliyyətində (SİFE)” beynəlxalq tələbə proqramı üzrə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin regional yarışı keçirilir.
Yarışda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Tacikistanı təmsil edən komandalar iştirak edir.
Avqustun 6-da yarışın açılışı olmuşdur.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirmişdir ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri gənclər arasında sahibkarlıq ideyalarının təbliğ olunmasıdır. Yarışın keçirilməsində məqsəd sahibkarlıq fəaliyyəti sahəsində gənclərin beynəlxalq əlaqələrini genişləndirmək, SİFE yarışı üzrə Azərbaycan komandalarının bacarıqlarını və təcrübələrini artırmaq olduğunu deyən nazir müavini ölkəmizin artıq 3 ildir ki SİFE layihəsinə qoşulduğunu vurğulamışdır. İ.Babayev komandalarımızın uğurla iştirak edəcəklərinə əmin olduğunu bildirmişdir.
Azərbaycanı bu yarışda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Naxçıvan Dövlət Universitetinin komandaları təmsil edir.
Regional yarışda iştirak edən komandaların layihələri yerli və beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir.
Yarış avqustun 8-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]