Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda COP29 çərçivəsində keçirilən Parlament Görüşünün ilk günü başa çatıb YENİLƏNİB VİDEO

Bakı, 16 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində noyabrın 16-da Bakıda Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşünün ilk günü baş tutub.

AZƏRTAC xəbər verir ki, 66 ölkədən və beynəlxalq təşkilatlardan 330-dək iştirakçının qatıldığı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 160-dan çox parlament üzvü iştirak edib.

Açılış mərasimində çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə milli parlamentləri, parlamentlərarası təşkilatları, habelə müxtəlif təsisatları təmsil edən 90-a yaxın nümayəndə heyətinin iştirak etdiyini bildirib. Qeyd edib ki, bu, zəmanəmizin ən aktual problemi olan iqlim dəyişikliyi məsələsinin həllindəki qətiyyətimizin və fədakarlığımızın göstəricisidir. İqlim dəyişikliyinin təsirləri dünyanın bütün ölkələrinə sirayət edir və bu baxımdan, ölkəmiz də istisna deyil. Son illərdə Azərbaycan həddindən artıq istilər, su qıtlığı, Xəzər dənizinin dayazlaşması və daşqınlar kimi problemlərlə üzləşib. Bu çağırışın əhəmiyyətini anlayan və qabaqcadan dəyərləndirən Azərbaycan, hələ COP29-a ev sahibi seçilməzdən xeyli əvvəl, Prezident İlham Əliyevin rəhbərliyi ilə iqlimlə bağlı fəaliyyətləri öz milli planlarının mərkəzinə yerləşdirib. Azərbaycan könüllü öhdəliklər götürərək, yaşıl gündəliyi milli inkişaf proqramlarına daxil edib, bərpaolunan enerji ilə bağlı layihələr həyata keçirərək və yaşıl enerji zonaları yaradaraq, gələcək inkişaf yolunda əzm və qətiyyət nümayiş etdirib.

Parlamentin sədri, eyni zamanda bildirib ki, Azərbaycanın COP29-a ev sahibi qismində seçilməsi dünya ictimaiyyətinin ölkəmizin körpü qurucusu kimi çıxış etmək, icmaları və ölkələri ortaq bir məram ətrafında birləşdirmək bacarığına və təcrübəsinə olan inamının nəticəsidir.

Sahibə Qafarova deyib ki, biz deputatlar xalqlarımızın nümayəndələri kimi onlarla gündəlik ünsiyyətdə oluruq. Biz iqlim dəyişikliyinin onların üzərində dağıdıcı təsirlərinin ilk şahidləriyik. Bu mənada, parlamentlər onların ehtiyaclarını və perspektivlərini ön plana çıxarmaqla bu prosesi öz üzərinə götürür və onu daha əhatəli edir. Parlamentlərimiz hökumətlərimizə iqlimlə bağlı fəaliyyətin inkişafında dəstək olmaq üçün qanunvericilik, büdcə və ya nəzarət vasitəsilə lazım olan alətlərə malikdirlər. Əminəm ki, parlamentlərimizin əksəriyyəti artıq emissiyaların azaldılması, enerji keçidi və yaşıl inkişafla bağlı qanunlar qəbul ediblər.

Milli Məclisin sədri deyib ki, iqlim dəyişikliyi bəşəriyyətin istənilən milli sərhədləri aşan və kollektiv səylər tələb edən ən böyük problemidir.

Tanzaniya Milli Assambleyasının sədri, Parlamentlərarası İttifaqın (PAİ) prezidenti xanım Tulia Akson Bakı şəhərinin COP29-a gözəl ev sahibliyi etdiyini deyib, buna görə təşəkkürünü bildirib. Qeyd edib ki, bu, qlobal əməkdaşlıq üçün gözəl imkan yaradır. Biz burada inklüzivlik və tərəfdaşlıq ruhunda iqlim böhranının öhdəsindən gəlməliyik. Daim çalışırıq ki, beynəlxalq dialoqu gücləndirək, insan hüquqlarını gündəmə gətirək, daha ədalətli dünya quraq.

İqlim dəyişikliyinin həyatımızın bütün aspektlərinə təsir göstərdiyini söyləyən Tulia Akson deyib: “Biz çalışmalıyıq ki, planetimizi qoruyaraq gələcək nəslə çatdıraq. Son illərdə dünyada bir çox aşırı hava şəraitləri yaşanıb. İqlim dəyişməsi məsələsi doğrudan da böhran vəziyyətinə gəlib çatıb. Dünyanın müxtəlif regionlarında meşə yanğınları, infrastrukturun dağıdılması, təbii fəlakətlər baş verib və nəticədə 30 milyona yaxın insan məcburi köçkünə çevrilib”.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev çıxışı zamanı COP29-un əsas hədəflərindən söz açıb. O qeyd edib: “Biz istəyirik ki, COP29-da ambisiyalarımızı ortaya qoyaq. Çalışaq ki, iqlimlə bağlı bütün tərəflərin səslərini eşidə bilək”.

Muxtar Babayev bildirib ki, həm nəzarət, həm məsuliyyət qoymaqla və qanunvericiliyi təkmilləşdirməklə daha güclü iqlim tədbirlərini həyata keçirmək olar. Parlamentlər milli büdcələri təsdiq edir, iqtisadi qərarların qəbulunda əhəmiyyətli rol oynayır. Bu, iqlim dəyişmələrinə qarşı dayanıqlı dünyanın qurulmasında vacib məsələdir. “Bütün xalqların təhlükəsizliyi və rifahı hər şeydən önəmlidir. Biz istərdik, COP-dan evə qayıdandan sonra siz ölkənizdə iqlim təhlükəsizliyi ilə bağlı siyasətin təşkilində öz rolunuzu verə biləsiniz”, - deyə o əlavə edib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil çıxışında COP29 çərçivəsində G20 liderlərinə müraciət edib. O, iqlim dəyişikliyinin yaratdığı qlobal böhranın həlli istiqamətində təcili və daha təsirli tədbirlər görülməsinin vacibliyini vurğulayıb.

"Gələn həftə Rio-de-Janeyroda keçiriləcək G20 Sammiti önəmli mesaj üçün bir fürsətdir. İqlim böhranı dünyanın ən böyük iqtisadiyyatlarının əsas gündəlik məsələsi olmalıdır. Əks halda, bu böhran bütün ölkələrə dərin iqtisadi və sosial təsir göstərəcək”, - deyə Saymon Stil əlavə edib.

BMT rəsmisi deyib ki, Bakıda keçirilən COP29 çərçivəsində yeni iqlim maliyyəsi hədəfi üzərində danışıqların davam etdiyini, hamının məsuliyyətin böyüklüyünü anladığını, gecə-gündüz işlərin getdiyini diqqətə çatdırıb.

G20-nin iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynadığını vurğulayan S.Stil liderləri daha çox qrant və güzəştli maliyyənin ayrılmasına, çoxşaxəli inkişaf banklarının islahatlarının sürətləndirilməsinə və borc yüklərinin yüngülləşdirilməsinə çağırıb. O qeyd edib ki, həssas ölkələr borc ödəmə yükündən azad olmadan daha cəsarətli iqlim tədbirləri həyata keçirə bilməz. "Bu qeyri-sabit dövrdə beynəlxalq əməkdaşlıq insanlığın qlobal istiləşmədən xilas olması üçün yeganə şansıdır. G20 liderləri birmənalı mesaj verməlidirlər ki, birlikdə işləməkdən başqa çıxış yolu yoxdur”, - deyə Saymon Stil vurğulayıb.

Sonra Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva “COP29-da parlamentlərarası əməkdaşlığın təşviqi: Parlamentlərarası İttifaqın 150-ci Assambleyası və sonrakı dövr” mövzusunda çıxış edib. COP29-un ciddi önəm qazandığını söyləyən Tənzilə Narbayeva burada irəli sürülən bütün təşəbbüsləri dəstəklədiyini deyib. Qeyd edib ki, metan emissiyalarının azaldılması, təmiz karbohidrogendən istifadə olduqca əhəmiyyətlidir.

O bildirib ki, parlamentlər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Miqrasiya, ərzaq təhlükəsizliyi kimi məsələlər çox önəmlidir. İqlim dəyişmələrinin aradan qaldırılmasında maliyyələşdirmə ən vacib məsələdir.

Tənzilə Narbayeva ölkəsində iqlim dəyişmələrinə qarşı həssas olan icmalar üçün həyata keçirilən işlər barədə də danışıb. Regionda dayanıqlılığın daha da möhkəmləndirilməsinin əhəmiyyətinə toxunub.

Açılış mərasimindən sonra Azərbaycan Milli Məclisi ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədi Azərbaycan tərəfindən Milli Məclisin sədri Sahibə Qafarova, Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament tərəfindən isə Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Məhəmməd Əlcərvan imzalayıblar.

Daha sonra görüş işini sessiyalarla davam etdirib.

“Zəmin yaratmaq: iqlim dəyişikliyinin real təsirini anlamaq” adlı sessiyada əvvəlcə iqlim dəyişmələri ilə bağlı videoçarx nümayiş etdirilib.

Sessiyada çıxış edən BMT-nin Yerli Problemlər üzrə Daimi Forumunun (UNPFII) 23-cü sessiyasının sədri, Çadın Mbororo xalqının yerli sakini xanım Hindu Omarou İbrahim mənsub olduğu xalqdan, üzləşdikləri çətinliklərdən bəhs edərək deyib: “Bizim xalqımız yarımköçəri həyat sürür. İki milyona yaxın insan məcburi köçkün olub. Son altı aydakı istilər nəticəsində qoca və uşaqlar arasında ölənlər oldu. İstilər nəticəsində yaranmış quraqlıq çox faciəvidir”.

"Siz parlamentarilər olaraq bu məsələləri qaldıra bilərsiniz. Büdcələrinizdən bu sahəyə nə qədər vəsait ayrılacağını danışa bilərsiniz. Hələ də inkişaf etmiş ölkələr maliyyə məsələlərini müzakirə edir. Burada söhbət hamının həyatda qalmasından gedir. Maliyyə ayrılmasa və iqlim dəyişikliyinə qarşı səmərəli mübarizə aparılmasa biz Yer üzündən yox olacağıq”, - deyə o vurğulayıb.

Albaniya parlamentinin sədri Elisa Spiropali hazırda dünyanın gözünün Azərbaycanda, COP29-da olduğunu söyləyib. Bildirib ki, burada parlament səviyyəsində də COP29-a töhfə verməyə çalışırıq.

O, həmçinin əlavə edib: “İstəyirik ki, iqlimlə bağlı problemlər gələcəkdə insanların həyatına mənfi təsir etməsin. Bu proses get-gedə böyük miqyas alır. Bu da bizdən daha operativ cavab tədbirləri görməyi tələb edir. Buna görə də bu sahəyə maliyyə ayrılmalıdır. Beynəlxalq əməkdaşlıq platforması daha da gücləndirilməlidir. Biz bilirik ki, bu vəziyyətlə bağlı müzakirələr aparılır, amma heç də praktiki olaraq işlər ortaya qoyulmur. Biz real işlər görməliyik”.

Tədbirdə çıxış edən Tonqa Qanunvericilik Assambleyasının sədri Lord Fakafanua diqqətə çatdırıb ki, iqlim dəyişmələri davam etdikcə vəziyyət daha da pisləşəcək. “Bizim imkanlarımız var, amma maliyyə və texniki bacarıqlarımızın çatışmazlığı səbəbindən bərpaolunan enerjimiz 18 faiz təşkil edir”, - deyə o qeyd edib.

Əlverişsiz vəziyyətdə olduqlarını bildirən Lord Fakafanua ildən-ilə həddindən artıq hava şəraiti ilə üzləşdiklərini bildirərək deyib: "Biz səviyyəsi aşağı olan adalardan insanları köçürürük. Maliyyə texnologiyaları alimlərin bizə verdiyi son müqəddərata uyğun deyil. Sakit okeanda bəzi ada ölkələrinin adaptasiyası artıq çox gecdir. Növbəti 50-100 ildə 100 milyondan çox insan problemlərlə üzləşə bilər. Artıq Amerikada yüksək qızmar hava şəraitindən helikopterlər uça bilmir. Texnologiyalar bizə müəyyən qədər kömək edə bilər, amma tam olaraq yox. Kollektiv olaraq dövlətlərimizi, hökumətlərimizi və özəl sektoru bir araya gətirməliyik".

Tacikistan Nümayəndələr Palatasının sədri Məhmədtair Zokirzadə isə iqlimin mühafizəsinin aktual problemlərdən biri olduğunu vurğulayıb. Deyib ki, birgə mübarizə olmadan onların həlli mümkün deyil. Qlobal istiləşmənin şahidi oluruq. Bu çağırışlar müxtəlif ölkələrdə, o cümlədən Tacikistanda dayanıqlı inkişafa nail olmaqda ciddi problemlər yaradır.

O, BMT-nin qərarlarını su və iqlim məsələlərinin həllində önəmli hesab etdiklərini bildirərək vurğulayıb: "İnanıram ki, bugünkü yüksəksəviyyəli Parlament Görüşünün iştirakçıları da bu işdən kənarda qalmayacaq. Bununla bağlı birgə səylər göstəriləcək. Təcili praktik tədbirlər görməliyik, bərpaolunan enerjidən istifadə və yaşıl enerjiyə keçid etməliyik. Bəzi ölkələrdə bunun üçün resurslar çox böyükdür. Bərpaolunan enerji mənbələrindən istifadə yaşıl iqtisadiyyatın inkişafına yaxşı təsir göstərəcək".

Məhmədtair Zokirzadə əlavə edib ki, COP29-da qəbul edilən qərarlar milli, regional və beynəlxalq səviyyədə əməkdaşlıq mexanizminin qurulmasına kömək edəcək.

COP29-un İqlim üzrə gənclər çempionu xanım Leyla Həsənova COP29-un əsas hədəflərindən bəhs edib. İqlim maliyyəsi məsələsinin önəmini qeyd edən Leyla Həsənova parlamentarilərin həll yolları göstərən proqramların tapılmasındakı rolunu vurğulayıb.

Ətraf mühitlə bağlı bilik və savadlılığın artırılmasının önəminə toxunan çempion deyib: “Uşaq və gənclərin iqlim dəyişikliyinə qarşı mübarizədə əsas rol oynaması vacibdir”.

"İqlim öhdəliklərinin reallaşdırılması: təsirlərin azaldılması üzrə ambisiyalarının artırılmasında və milli səviyyədə müəyyən edilmiş öhdəliklərin həyata keçirilməsində parlamentlərin rolu" mövzusunda ilk sessiyada Paris Sazişinə əsasən qəbul edilmiş təsirlərin yumşaldılması üzrə öhdəliklərin səmərəli şəkildə milli fəaliyyətdə tətbiq olunmasının təmininə yönəlmiş müzakirələr aparılıb. Sessiyada, həmçinin istixana qazı emissiyalarının azaldılması üzrə milli səviyyədə müsbət təcrübələr paylaşılıb, parlamentlərin bu təşəbbüslərdə olduqca əhəmiyyətli rol oynadığı vurğulanıb.

“Qlobal İqlim Maliyyəsi Arxitekturasını Aşmaq: Resursların hərəkətə gətirilməsi və iqlim maliyyəsinə girişin sadələşdirilməsi” adlı ikinci sessiyada mövzu ətrafında fikir mübadiləsi aparılıb. Sessiyada iqlim maliyyəsinin genişləndirilməsi və buna ehtiyacı olan, xüsusilə inkişaf etməkdə olan ölkələrə təqdim olunmasının təmini üçün parlamentlərin təşəbbüsləri, eyni zamanda, COP29-un əsas mövzusu olacaq İtkilər və Zərərlər Fondu və İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi də daxil olmaqla, qlobal iqlim maliyyəsindəki əsas inkişaf istiqamətləri müzakirə edilib.

Bundan əlavə, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin parlamentlərinin maliyyə vəsaitlərinə ən çox ehtiyacı olan dövlətlərin bu vəsaitlərə kifayət qədər çatımlılığını təmin etmək məqsədilə əsas maliyyə resurslarının səfərbər olunmasını və bölüşdürülməsini sürətləndirmək üçün bu mühüm maliyyələşdirmə tədbirlərini dəstəkləmə imkanları barədə danışılıb.

"İqlim dəyişiklikləri üzrə dayanıqlılığın artırılması: uyğunlaşmanın və yerli səlahiyyətlərin genişləndirilməsi" mövzusunda üçüncü sessiyada isə iqlim dəyişikliyindən artıq ciddi şəkildə təsirlənmiş şəxslərin uyğunlaşma ehtiyaclarının həlli istiqamətində milli və qlobal təşəbbüslər ətrafında fikir mübadilələri aparılıb.

Görüş noyabrın 17-də yekunlaşacaq.

Bakıda COP29 çərçivəsində keçirilən Parlament Görüşünün ilk günü başa çatıb YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib