BAKIDA GƏNCLƏR ARASINDA BOKS ÜZRƏ BEYNƏLXALQ TURNİR KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, dekabrın 5-də Azərbaycan Texniki Universitetinin idman kompleksində gənclər arasında əməkdar idman ustası, əməkdar məşqçi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş beynəlxalq boks turniri açılmışdır.
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Abiyev çıxış edərək bildirmişdir ki, turnirdə Azərbaycanın gənclərdən ibarət 3 yığma komandası ilə yanaşı, İngiltərə, Uels, Ukrayna, Serbiya, Rusiya və Gürcüstan boksçuları da iştirak edirlər.
A.Abiyev demişdir ki, qalib adı uğrunda 11 çəki dərəcəsi üzrə 70-ə yaxın idmançı mübarizə aparacaqdır.
Beynəlxalq turnirdə Azərbaycan 37 boksçu ilə təmsil olunur.
Yarışlar dekabrın 8-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]