BAKIDA GUÖAM-IN MİLLİ ƏLAQƏLƏNDİRİCİLƏR KOMİTƏSİNİN İCLASI KEÇİRİLİR
GUÖAM-ın Azərbaycandan milli əlaqələndiricisi, xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə bildirmişdir ki, iclasda GUÖAM-ın daxili strukturuna və xarici əlaqələrinə aid məsələlər, komitənin nizamnaməsi müzakirə ediləcəkdir. Bundan əlavə, GUÖAM-ın nəqliyyat dəhlizlərinin təhlükəsizliyi məsələləri nəzərdən keçiriləcək, ticarət və nəqliyyatın inkişafına yardım, sərhəd və gömrük nəzarətinin təmin edilməsi haqqında GUÖAM-ABŞ çərçivə proqramının müddəaları razılaşdırılacaq, habelə terrorizmlə, mütəşəkkil cinayətkarlıqla, narkotiklərin yayılması ilə mübarizə üzrə dövlətlərarası informasiya-analitik sistemin virtual mərkəzinin yaradılması məsələsi müzakirə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]