BAKIDA HƏNDBOL SARAYI TİKİLƏCƏK
Milli Olimpiya Komitəsinin inzibati binası yaxınlığında Həndbol sarayı tikiləcəkdir. Hazırda onun layihəsi Bakı Şəhəri İcra Hakimiyyətində nəzərdən keçirilir. Obyekt Həndbol Federasiyasının vəsaiti hesabına, eləcə də MOK-un dəstəyi ilə tikiləcəkdir.
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev noyabrın 5-də keçirilmiş mətbuat konfransında bildirmişdir ki, bu həftənin sonunda Şəkidə Olimpiya kompleksi istifadəyə veriləcəkdir. Bərdədə tikilən kompleks isə ilin axırınadək hazır olacaqdır. 2003-cü ildə Lənkəranda və Qubada da idman obyektlərinin tikintisinə başlanacaqdır.
Nazirin sözlərinə görə, təhsil və gənclər, idman və turizm nazirliklərinin nümayəndələrindən ibarət işçi qrupu yaradılmışdır. Həmin qrup orta və ali məktəblərdə bədən tərbiyəsi dərslərinin keyfiyyətini yüksəltmək üçün təkliflər hazırlamalı, habelə bu tədris müəssisələrinin idman avadanlığına olan ehtiyacını öyrənməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]