Bakıda keçirilən atıcılıq üzrə dünya kuboku yarışının sonuncu qızıl medalını ABŞ idmançıları qazanıblar
Bakı, 6 iyun, AZƏRTAC
Bakıda atıcılıq üzrə dünya kuboku yarışına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışın sonuncu günü dairəvi stend atıcılığı üzrə qarışıq komanda yarışında ABŞ yığması qızıl medal qazanıb.
Qeyd edək ki, ümumi komanda hesabında Cənubi Koreya komandası (5 qızıl, 3 bürünc medal) birinci olub. ABŞ 4 qızıl, 3 gümüş və 1 bürünc medalla ikinci, Fransa 3 qızıl, 2 gümüş və 1 bürünc medalla üçüncü yerdə qərarlaşıblar.