Bakıda keçirilən iclasda EPPO-ya yeni baş direktor seçilib
Bakı, 25 sentyabr, AZƏRTAC
Bakıda ilk dəfə keçirilən Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO) Şurasının 74-cü sessiyasında quruma yeni baş direktor seçilib. AZƏRTAC xəbər verir ki, təşkilata Olqa Lavrentjeva rəhbərlik edəcək. Estoniyalı xanım vəzifə səlahiyyətlərinin icrasına 2025-ci il yanvarın 1-də başlayacaq.
Onun səlahiyyət müddəti 5 ildir.
Qeyd edək ki, sentyabrın 23-də Bakıda ilk dəfə olaraq EPPO İcraiyyə Komitəsinin iclası, sentyabrın 24-25-də isə EPPO Şurasının 74-cü sessiyası keçirilib. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və EPPO-nun birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə təşkilata üzv dövlətlərdən olan nümayəndələr iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:28]
Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir VİDEO
- 12.10.2026 [13:34]
Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib
- 12.10.2026 [12:38]
Qadın hərbi kursantlarla görüş olub
- 12.10.2026 [12:01]
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
- 12.10.2026 [12:01]