Bakıda kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” beynəlxalq turnirinə start verilib
Bakı, 7 mart, AZƏRTAC
Bakıda, Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” beynəlxalq turnirinə start verilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə ilk dəfə təşkil olunan turnirdə 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirirlər. Yarışda 7 ölkədən 33 gimnast birincilik uğrunda mübarizə aparır.
Azərbaycanı turnirdə Ramin Dəmirov, Mənsum Səfərov, Anar Həsənov, Rəsul Əhmədzadə və Ağakazım Rüstəmov təmsil edirlər.
Qeyd edək ki, bu yarış mayın 27-31-də Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.