Bakıda “Mənim şəhərim, mənim evim” ekoloji layihəsi həyata keçiriləcəkdir
Bakı, 17 dekabr (AZƏRTAC). Dekabrın 17-də Beynəlxalq Mətbuat Mərkəzində “Dünya Gəncləri Alyansı” İctimai Birliyinin (İB) “Mənim şəhərim, mənim evim” ekoloji layihəsinin təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbirdə İB-nin sədri Türkan Sədirova çıxış edərək Azərbaycan Gənclər Fondunun maliyyə yardımı ilə hazırlanan layihə haqqında məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan dövləti tərəfindən ölkəmizdə ətraf mühitin mühafizəsi, tullantıların düzgün idarə olunması ilə bağlı çoxlu layihələr həyata keçirilir. Bununla belə, küçələrə zibil atılması davam edir ki, bu da gündən-günə gözəlləşən paytaxt Bakıda xoşagəlməz mənzərə yaradır.
İB-nin sədri demişdir ki, layihənin məqsədi şəhərimizin təmizliyi naminə küçə və yollara, parklara məişət tullantılarının atılmasının qarşısını almaqdır. Bunun üçün bir ay müddətində Bakı şəhərində əhali arasında maarifləndirmə işləri aparılacaqdır.
Qeyd edilmişdir ki, şəhərimizin təkrar zibillənməməsi üçün maarifləndirici bukletlərdən istifadə olunmayacaqdır. Paytaxt sakinlərinə üzərində “Mənim şəhərim, mənim evim” və ya “Şəhərimizi təmiz saxlayaq” şüarları yazılmış ətirli asılqanlar, əl güzgüləri və breloklar paylanılacaqdır. Bundan əlavə, Dənizkənarı Milli Parkda və digər mərkəzi yerlərdə satılan içməli suyun plastik qablarının üzərinə eyni şüarların yazıldığı stikerlərin yapışdırılması nəzərdə tutulur. Artıq bu məqsədlə 640 ədəd ətirli asılqan, 610 ədəd brelok, 3 mindən çox stiker, 45 ədəd köynək və papaq hazırlanmışdır.
Diqqətə çatdırılmışdır ki, suvenirlər gündəlik istifadə olunduğundan insanlara hər an şəhərimizin təmiz saxlanılmasının vacibliyini xatırladacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]