Bakıda NATO-nun təlim kursu keçirilib
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2019-cu il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında “NATO-da əməliyyatların qiymətləndirilməsi” mövzusunda təlim kursu keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən keçirilən kursda Alyansın nümayəndələri dinləyicilərə əməliyyatların planlaşdırılması, layihələndirilməsi və qiymətləndirilməsi prosesi, məlumatların təhlili metodları və digər mövzularda brifinqlər təqdim ediblər. Kurs müddətində, həmçinin praktiki qrup çalışmaları yerinə yetirilib.
Sonda kursun iştirakçılarına sertifikatlar təqdim olunub.