BAKIDA “NƏ? HARADA? NƏ VAXT?” İNTELLEKTUAL OYUNU ÜZRƏ ÜÇÜNCÜ DÜNYA ÇEMPİONATI KEÇİRİLƏCƏK
Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, artıq üçüncü dəfə Azərbaycan dünyanın ən güclü eruditlərini bir yerə toplayacaqdır. Milli Olimpiya Komitəsinin, Gənclər, İdman və Turizm Nazirliyinin, Bakının breyn-rinq və “Nə? Harada? Nə vaxt?” oyunu klublarının təşkil etdikləri çempionatda ölkəmiz bir komanda ilə təmsil olunacaqdır.
Xatırladaq ki, ötənilki çempionatda 15 ölkənin nümayəndələri iştirak edirdilər.