Bakıda özünü dənizə atan şəxs xilas edilib
Bakı, 16 aprel, AZƏRTAC
Bakının Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda bir nəfər özünü dənizə ataraq intihar etməyə cəhd edib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda bir nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən vətəndaş xilas edərək aidiyyəti üzrə təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:27]
® Mürəkkəb əməliyyatların peşəkarı
- 09.10.2026 [12:15]