Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu” yekunlaşıb

Bakı, 2 iyun, AZƏRTAC

İyunun 2-də Bakı Konqres Mərkəzində 1-ci “Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu” öz işinə başlayıb. İlk dəfə təşkil olunmuş forum ölkəmizdə baş tutan 20-ci Yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika "Translogistica Caspian” sərgisi çərçivəsində keçirilib.

AZƏRTAC xəbər verir ki, beynəlxalq forumda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxış edərək işğaldan azad edilmiş ərazilərdə dağılmış nəqliyyat infrastrukturunun yenidən qurulması, yeni avtomobil, dəmir yollarının inşası istiqamətində mühüm işlərin görüldüyünü bildirib. Nazir müavini vurğulayıb ki, Zəngəzur dəhlizi üzərindən, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında reallaşdırılan regional kommunikasiya layihələri, işğaldan azad edilmiş ərazilərin mövcud potensialından tam istifadə edilməsi davamlı və dayanıqlı inkişaf, Azərbaycanın Cənubi Qafqazda sülh və əməkdaşlıq erasını təşviq etməsi üçün geniş imkanlar yaradır.

Diqqətə çatdırıb ki, Zəngəzur dəhlizi Cənubi Qafqazda sülhün bərqərar olunması ilə yanaşı, təchizat zəncirinin təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərdə Regional Nəqliyyat Baş Planı hazırlanıb və planın icrası istiqamətində mühüm işlər həyata keçirilib. Baş plana əsasən həyata keçirilən layihələr sırasında Horadiz-Ağbəndə dəmir yolları layihəsi mühüm əhəmiyyət kəsb edir. Həmin layihələrin 2024-cü ilin sonuna qədər yekunlaşması planlaşdırılır.

Daha sonra çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Natiq Şirinov bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istismarından sonra Çindən Avropaya, o cümlədən əks istiqamətdə daşınan yüklərin çatdırılma müddəti dəniz daşımalarına nisbətən üç dəfəyədək qısalıb və bunun nəticəsində son illərdə bu marşrut üzrə ticarət həcmi xeyli artıb. O qeyd edib ki, bu xüsusda ötən ilin avqustun 18-də “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş” imzalanıb.

Onun sözlərinə görə, Orta Dəhliz üzərindən daşımaların artan dinamikası marşrut üzərində yerləşən ölkələrdə tranzit prosedurlarının sadələşdirilməsini və vahid yanaşma əsasında icra mexanizmlərinin yaradılmasını zəruri edir. Bu səbəbdən Orta Dəhliz marşrutu üzərində yerləşən ölkələrin gömrük orqanlarını rəqəmsal həllərə əsaslanmaqla vahid informasiya məkanında birləşdirən tranzit portalının yaradılması məqsədilə DGK-nın təşəbbüsü ilə cari ilin 14-15 mart tarixlərində Bakı şəhərində Transxəzər beynəlxalq "Şərq-Qərb" Orta Dəhliz boyu nəqliyyat əməliyyatlarının asanlaşdırılması, onun tranzit potensialının artırılması, həmçinin regional və beynəlxalq nəqliyyat sistemlərinə inteqrasiyanın təmin edilməsi üçün Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan və Türkiyənin gömrük rəhbərlərinin və nümayəndələrinin görüşü təşkil edilib. Orta Dəhliz üzərindən daşımaların artan dinamikası marşrut üzərində yerləşən ölkələrdə tranzit prosedurlarının sadələşdirilməsini və vahid yanaşma əsasında icra mexanizmlərinin yaradılmasını zəruri edir.

Forumda çıxış edən İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sədrinin birinci müavini Natiq Həsənov son 20 il ərzində Azərbaycanda nəqliyyat sektoruna böyük investisiyalar yatırdığını qeyd edib. Azərbaycan dövlət olaraq nəqliyyat infrastrukturunu yaxşılaşdırıb.

“Azərbaycanda 70 mindən çox KOB subyekti nəqliyyat, anbar təsərrüfatı, logistika sektorunda fəaliyyət göstərir və bunların yaratmış olduğu əlavə dəyər 1 milyard manatdan çoxdur. Bu rəqəmi qənaətbəxş olaraq qəbul etmirik. Burada KOB subyektləri üçün kifayət qədər geniş imkanlar mövcuddur. Nəqliyyat layihələrində KOB subyektlərinin daha aktiv iştirakına ehtiyac var”, - deyə N.Həsənov vurğulayıb.

Sonra Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov çıxış edərək bildirib ki, ölkədə nəqliyyat-ekspedisiya haqqında qanun layihəsinin qəbul olunması üzrə işlər tezləşdirilməlidir. Onun sözlərinə görə, logistika sahəsində sığorta məhsullarının təkmilləşdirilməsinə ciddi ehtiyac var. O əlavə edib ki, ötən dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat-logistika infrastrukturunun qurulmasında mühüm tədbirlər həyata keçirilib. Nəticədə bəzi geosiyasi hadisələrin də nəticəsində Azərbaycandan keçən tranzit yüklərin həcmində ciddi artım baş verib.

O vurğulayıb ki, Azərbaycan tranzit yüklərin daşınması üçün tələb olunan bir areala malikdir və ölkəmizin özəl şirkətləri də bu potensialı dəyərləndirərək, bu sahədə yeni iş yerləri yaratmaq, dövlət büdcəsinə daxilolmalardakı iştiraklarını artırmaq üçün yük zəncirində bəlli bir paya malik olmağı hədəfləyiblər: “Bu istiqamətdə gömrük sahəsində aparılan islahatların müsbət nəticələrini xüsusi vurğulamaq istərdim. Belə ki, bu gün gömrük-keçid proseduraları sadələşdirilib, rəqəmsallaşdırılıb, vaxt itkisinin qarşısı xeyli alınıb. Bununla yanaşı, hesab edirik ki, bu sahədə bütün dövlət qurumlarının vahid bir sistemə inteqrasiyası logistikada mühüm amil olan vaxt məsələsində mühüm irəliləyiş yarada bilər. Yəni, ölkəyə daxil olan yük üzrə tələb olunan bütün sənədləşmə və məhsulların bir sistemdə olması bu sahədə Azərbaycanı lider mövqeyə çıxara bilər".

“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Asset Assavbayev isə deyib ki, qaydaların sadələşdirilməsi, gömrük prosedurları, peşəkar sürücülər üçün vizasız keçid və digər xidmətlərin rəqəmsallaşması üzərində ciddi iş aparılır.

Qeyd edək ki, Azərbaycanın nəqliyyat-logistika sahəsində əhəmiyyətli rolu "Translogistica Caspian” sərgisi çərçivəsində 1-ci "Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu"nun təşkili zərurətini yaradıb. Forum nəqliyyat sektorunun həm yerli, həm də beynəlxalq oyunçular arasında məlumat və təcrübə mübadiləsinin aparılması, işgüzar ünsiyyət, netvorking və etibarlı biznes münasibətlərinin qurulması, eləcə də mövcud biznes əlaqələrinin daha da genişləndirilməsinə imkan yaradır. Forum maraqlı tərəflər üçün yeni tərəfdaşlar qazanmaq və səmərəli əməkdaşlıqlar formalaşdırmaq üçün önəmli platformadır.

Tədbirdə Azərbaycanın beynəlxalq logistika marşrutlarını birləşdirərək HUB-a çevrilməsi, tranzit perspektivləri, logistika məsrəflərinin optimallaşdırılması, müasir logistikada yeni texnologiyalar və avtomatlaşdırılma, logistika sektorunda insan kapitali, peşə təhsili və təlimi kimi mövzular müzakirə olunub.

Forum çərçivəsində bir sıra sessiyalar və panel müzakirələri keçirilib. "Logistika infrastrukturu", "Tranzit Perspektivləri", eləcə də "İnsan kapitalı, peşə təhsili və təlimi (VET)" üzrə müzakirələr aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Araz çayında batan şagirdin meyiti tapılıb, aidiyyəti üzrə təhvil verilib

Kuba ABŞ sanksiyalarını mümkün hərbi müdaxilə üçün bəhanə kimi görür

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

Tramp İranın ABŞ helikopterini vurmasını ciddi hadisə saymır

Yeni Zelandiyanın cənubunda güclü zəlzələ qeydə alınıb

Şimali İrlandiyada gərginlik: Belfastda zorakılıq aksiyaları baş qaldırıb

Ağaclar və yaşıllıq sahələri şəhərlərdə temperaturun aşağı düşməsinə kömək edə bilər

Vens: ABŞ-İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

Samirə Səfi: HÜDUD sərgisi sabitliklə parçalanması arasındakı sərhədləri araşdırır

Tramp: İrana cavabımız çox güclü və qətiyyətlidir

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

NYT: ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

Belçikanın Baş naziri Fransa və Almaniyanı Avropa döyüş təyyarəsi layihəsinə görə tənqid edib

Ayxan Abbasov: Nəticə bizim üçün önəmli idi

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır

Dioqo Balau “Turan Tovuz”a keçib

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib

“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib

Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır

Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb