BAKIDA XÜSUSİ OLİMPİYAÇILAR ARASINDA “FUTBOL HƏFTƏSİ” YARIŞLARI KEÇİRİLƏCƏKDİR
Azərbaycan Xüsusi Olimpiya Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, UEFA-nın tövsiyəsi ilə Avropa Xüsusi Olimpiya Komitəsinin proqramına uyğun olaraq, aprelin 25-dən 28-dək qitənin bütün ölkələrində, o cümlədən Azərbaycanda əqli cəhətdən qüsurlu gənclər arasında “Futbol həftəsi” yarışları keçiriləcəkdir.
“İnter” peşəkar idman klubu və Azərbaycan Xüsusi Olimpiya Komitəsinin birgə təşkil etdikləri yarış “Şəfa” stadionunda keçiriləcəkdir.
Yarışlarda Bakının Əzizbəyov, Sabunçu, Nizami, Nəsimi rayonlarının, eləcə də Sumqayıt, Şəki, Qusar və Lənkəran şəhərlərinin internat məktəblərinin komandaları, habelə “İnter” peşəkar idman klubunun sağlam futbolçulardan ibarət 4 komandası da mükafatlar uğrunda mübarizə aparacaqlar.
Bu yarışlar oktyabrda Kiprdə mini futbol üzrə beynəlxalq turnir və 2010-cu ildə Varşavada Avropa Yay Xüsusi Olimpiya Oyunlarına hazırlığın bir mərhələsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]