Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakının azad edilməsinin 100 illiyi: Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin zəfər anı

Bakının azad edilməsinin 100 illiyi: Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin zəfər anı

Yüz il bundan əvvəl Nuru paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusunun könüllülərlə birlikdə Bakını işğalçılardan azad etməsi münasibətilə keçirilən paradda dərin geosiyasi məna yükü olan fikirlər səsləndirildi. Azərbaycan və Türkiyə Prezidentləri söylədikləri nitqlərində hadisənin tarixi, mənəvi, siyasi, hərbi və geosiyasi çalarları haqqında məzmunlu tezislər ifadə etdilər. İki qardaş dövlətin əlaqələrinin inkişaf dinamikası ilə qlobal tərəqqinin dinamikasının ahəngdar olduğu söylənən fikirlərdən tam aydın idi. Azərbaycanla Türkiyə bütün sahələrdə əməkdaşlıqlarını regional və qlobal inkişaf naminə yeni səviyyələrə yüksəldirlər. Bakının əsarətdən xilas edilməsinin 100 illiyinə bu faktorlar kontekstində yanaşdıqda daha əhəmiyyətli məqamları görmək mümkündür. Həmin çərçivədə təntənəli tədbirin geosiyasi məqamları üzərində geniş dayanmağa ehtiyac vardır.

100 il əvvəl: 2018-ci ildə Bakıdan baxış

Bakı daha bir tarixi gün yaşadı. Sentyabrın 15-də Azərbaycan paytaxtında təntənəli yubiley mərasimi - hərbi parad keçirildi. Türkiyə və Azərbaycan Bakının yadelli qüvvələrdən azad edilməsinin 100 illiyini birgə qeyd etdi. Azadlıq meydanındakı yüksək tribunda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanaşı dayanmışdılar. Təmkinli, qürurlu, müdrik, millətinə və müstəqil dövlətçiliyə böyük sevgi ilə dolu iki Prezident - Qardaş! Bu, həm də Azərbaycan-Türkiyə qardaşlığının, əbədi birliyinin rəmzi və nümayişi idi. Etnik mənada deyil, siyasi varislik, müasirlik, mədəniyyətlilik və geosiyasi mənalarda! Bu mesajı bütün dünya aldı!

100 il öncə Azərbaycan Milli Ordusu və Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ağır döyüşlərdən sonra Bakı şəhərini erməni daşnak və bolşevik qüvvələrinin əsarətindən azad etdi. Bu hadisə keçən əsrin ikinci onilliyində baş verdi. O zaman dünya qarışıq idi. Birinci dünya müharibəsi gedirdi. O müharibədə Osmanlı imperiyası məğlublar sırasında idi. Buna baxmayaraq, İstanbul hərbi yardım əlini qardaş Azərbaycana uzatdı. Qısa müddətdə minlərlə şəhid verməklə Qafqaz İslam Ordusu Bakını işğalçılardan təmizlədi.

Sovet dönəmində bu hadisə qeyd olunmurdu. Lakin insanların qəlbində Bakının işğaldan azad edilməsi xatirəsi yaşayırdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə milli, mənəvi, siyasi-tarixi dəyərlərin dirçəlişi başladı. Müstəqil Azərbaycan üçün müqəddəs olan 15 sentyabr tarixi də öz layiqli qiymətini aldı.

Artıq bu hadisənin 100 illik yubileyi təntənəli surətdə bayram edildi. Məsələnin geosiyasi aspektdə əhəmiyyəti Azərbaycan və Türkiyənin əməkdaşlığının hazırkı vəziyyəti və onun regional və qlobal miqyasda təsirləri ilə bağlıdır. Məhz bu kontekstdə ekspertlər 100 illik yubileyi Azərbaycanla Türkiyənin birgə keçirməsini analiz etməyə çalışırlar. Burada çox dərin məna vardır.

Bakının işğaldan azad edilməsi tarixi Azərbaycanla Türkiyənin iki müstəqil dövlət olaraq geosiyasi-hərbi əməkdaşlığına təkan verən hadisə kimi qəbul edilməlidir. Bu təkanın özünəməxsus stimulyaradıcı xüsusiyyətləri vardır. Onlar indiki tarixi mərhələdə də geosiyasi müstəvidə aktuallıq kəsb edir.

Birincisi, Türkiyə və Azərbaycan 100 il əvvəl ədalət və müstəqillik uğrunda birgə savaşmışlar. O zaman Bakının azad edilməsi haqqın nahaq, müstəqilliyin isə köləlik üzərində qələbəsi idi. Azərbaycanı parçalamaq istəyən qüvvələr müxtəlif üsullarla ölkəni tamamilə zəbt etməyə çalışırdılar. Bir tərəfdən ingilislər, digər tərəfdən isə erməni-bolşevik ittifaqı Azərbaycana hücum çəkmişdilər. Onlar öncə müəyyən uğur qazandılar da. Lakin sonradan Türkiyə ilə Azərbaycanın səyləri nəticəsində düşmən ölkədən tamamilə qovuldu və Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı oldu.

İndi geosiyasi vəziyyət xeyli fərqlidir, lakin yenə də müxtəlif istiqamətlərdən Azərbaycana qarşı təxribatlar törədilir. Xüsusilə ermənilər havadarlarının yardımı ilə Dağlıq Qarabağı və onun ətrafındakı yeddi rayonu işğal altında saxlayırlar. Və yenə də Azərbaycan-Türkiyə geosiyasi-hərbi əməkdaşlığı meydana gəlib. Təntənəli mərasimdə həm Azərbaycan, həm də Türkiyə Prezidentləri bu məqamı xüsusi vurğuladılar. Onlar Azərbaycan-Türkiyə əməkdaşlığının, dostluğunun və qardaşlığının geosiyasi-hərbi aspektlərini geniş izah etdilər (bax: Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm parad keçirilib. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan paradda iştirak ediblər (AZƏRTAC, 15 sentyabr 2018).

Prezident İlham Əliyev geniş nitqində həmin bağlılıqda vurğulayıb: "Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun ... Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır ...

... bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Biz bu nəslin nümayəndələri bu günü yaşadırıq, yaşadacağıq. Bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir" (bax: əvvəlki mənbəyə).

Yüksək əməkdaşlıq nümunəsi: regional və qlobal tərəqqi naminə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da nitqində ayrıca vurğulayıb: "Bu gün Türkiyə Azərbaycanın sadəcə siyasi və hərbi deyil, eyni zamanda, ticarət, iqtisadiyyat, mədəniyyət və digər bütün sahələrdə ən mühüm tərəfdaşıdır. Müstəqilliyini bərpa etdikdən bəri Türkiyədə təhsil almış azərbaycanlıların sayı 125 mindən çoxdur. Hazırda 15 mindən çox azərbaycanlı tələbə Türkiyə universitetlərində təhsil alır. Əsgərlərimiz birgə təlimlər keçir, Əfqanıstan kimi dünyanın müxtəlif bölgələrində birlikdə fəaliyyət göstərirlər. Şübhəsiz ki, bu uğurlarda ümummilli lider Heydər Əliyevin nümayiş etdirdiyi dəyanətli liderliklə yanaşı, əziz qardaşım İlham Əliyevin səylərinin çox böyük bir payı vardır" (bax: əvvəlki mənbəyə).

Bu, əslində, iki müttəfiq və hətta yaxın dövlətin ən yaxın əməkdaşlığından da böyük hadisədir. Ankara Bakının sevincini öz sevinci bilir, Bakının problemini də öz problemi kimi qəbul edir. Rəcəb Tayyib Ərdoğan bu bağlılıqda dünyaya açıq mesaj verdi: Dağlıq Qarabağ həm də Türkiyənin problemidir. Bunu belə bilmələri lazımdır.

Eyni zamanda, Türkiyə üçün problem sayılan hər bir hadisə Azərbaycan üçün də problemdir. Bütün bu mənfi hallara qarşı Azərbaycanla Türkiyənin birlikdə qarşı durduqlarını dünya dəfələrlə görüb.

Burada çox vacib olan bir məqamı qeyd etmək gərəkdir. Bakının işğaldan azad edilməsinin 100 illik təntənəli yubileyi də göstərdi ki, Azərbaycan-Türkiyə əməkdaşlığı regional və qlobal əməkdaşlığa tam uyğun olan formatda inkişaf etdirilir. Tədbirdəki nitqində Azərbaycan Prezidenti gətirdiyi konkret faktlarla bunu təsdiq etdi. Həyata keçirilən müxtəlif ortaq layihələrdən çoxlu sayda xalqlar faydalana bilir. Regional və beynəlxalq miqyasda onlarla dövlət həmin layihələrdən bəhrələnirlər. Eyni zamanda, Azərbaycan və Türkiyə hər bir dövlətlə əməkdaşlığa açıqdırlar. Burada Ermənistan ona görə istisnadır ki, o, Azərbaycan torpaqlarını işğal edib və oradan çəkilmək fikri yoxdur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan konkret fikir ifadə edərək, Azərbaycanın torpaqları işğaldan azad edilməyincəyə qədər Ermənistanla sərhədlərin açılmasından söhbətin belə getməyəcəyini bəyan edib. Deməli, Ankara və Bakının yeganə tələbi Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından silahlı qüvvələrini çıxarmasından ibarətdir. Bu, bütün beynəlxalq hüquq normaları çərçivəsində qoyulan haqlı tələbdir.

Beləliklə, Bakının azad edilməsinin 100 illiyi münasibətilə keçirilən yubiley paradı heç də görünüşünə görə təntənəli deyildi. Bu tədbir Azərbaycanla Türkiyənin tarixi əlaqələrinin sivil, demokratik və liberal qaydalara uyğun olmasının nümayişi idi. İki qardaş ölkənin geosiyasi aspektdə beynəlxalq hüquq normaları çərçivəsində müstəqil dövlət olaraq tarixi keçmişi xatırlaması ilə yanaşı, gələcək əlaqələrin ümumi istiqamətlərini göstərmək baxımından da əlamətdar idi.

Dünya gördü ki, iki türk dövlətinin əməkdaşlığı əsl demokratiya nümunəsidir. Ankara və Bakı müasir dünyanın reallıqları çərçivəsində münasibətlərini inkişaf etdirirlər. Məhz bu baxımdan dövlət başçısı İlham Əliyev qürurla vurğulayır: "Bu bayram günündə biz birlikdəyik. Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik ... Biz bu gün əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla şəhidlərimizin məzarlarını ziyarət etdik. Onların məzarları yan-yanadır. Onlara Allahdan rəhmət dilədik, onların xatirəsi bizim qəlbimizdədir və onların göstərdikləri qəhrəmanlıq bu gün Türkiyə və Azərbaycan birliyini daha da möhkəmləndirir ...

... Bizim birliyimiz bütün sahələrdə özünü büruzə verir ... Siyasi əlaqələr bu gün ən yüksək zirvədədir. Biz uğurlu iqtisadi əməkdaşlıq edirik. Ticarət dövriyyəsi artır. Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyulur. Biz birgə enerji-nəqliyyat layihələrini uğurla icra edirik. O layihələr ki, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yaradır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, TANAP layihəsinin bu il istifadəyə verilməsi tarixi layihələrdir. Birgə siyasi iradə ortaya qoyulmuşdur. Birgə maliyyə resursları təşkil edilmişdir və bu nəhəng transmilli layihələr uğurla icra edilmişdir. Biz Avrasiyanın nəqliyyat xəritəsini yenidən yaradırıq. Keçən ilin oktyabrında əziz qardaşımın iştirakı ilə Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı mərasimi keçirilmişdir. Bu dəmir yolu yeni nəqliyyat damarıdır. Bu dəmir yolu ilə daşınan yüklərin həcmi getdikcə artır və artacaq. Bizim ölkələrimizin əhəmiyyəti, önəmi artır. Bütün bu böyük layihələri ancaq biz birlikdə edə bilərdik və etdik. Nəzərə alsaq ki, bu layihələr böyük maliyyə resursları, böyük siyasi iradə tələb edir, ancaq birgə səylərimizlə biz buna nail ola bilmişik. Bu gün Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bu layihələrin bəhrəsini görür. Bizim birliyimiz hər bir sahədə özünü göstərir, o cümlədən hərbi sahədə bizim iş birliyimiz, əməkdaşlığımız dərinləşir. İl ərzində bir neçə dəfə müştərək hərbi təlimlər keçirilir ... " (bax: əvvəlki mənbəyə).

Bu fikirlərdə Azərbaycan-Türkiyə əlaqələrinin bütün çalarları dolğun şəkildə öz əksini tapıb. Şübhə yoxdur ki, dünya bundan sonra da bu əlaqələrin yeni nümunələrinin şahidi olacaq!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda ikinci hissə başlayıb

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb

Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid

“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib