Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb
Bakı, 20 dekabr, AZƏRTAC
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
AZƏRTAC Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə olunan yolların siyahısını təqdim edir:
1. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
2. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
3. Binəqədi şosesi, metronun “Azadlıq Prospekti”stansiyası istiqamətində;
4. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;
5. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;
6. “20 Yanvar” dairəsində;
7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;
8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
9. Bakıxanov küçəsi, “Dədə Qorqud” parkı istiqamətində;
10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
11. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
12. Zərifə Əliyeva küçəsində;
13. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
14. Aeroport şosesi, metronun “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.