Bakının “Lokomotiv” voleybol klubu İsveçrənin “Volero” komandasına qalib gəlib
Bakı, 10 fevral, AZƏRTAC
Fevralın 10-da Bakının qadınlardan ibarət “Lokomotiv” voleybol klubu Çempionlar Liqası yarışlarının play-off mərhələsində ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi Azərbaycan Voleybol Mərkəzində İsveçrənin “Volero” komandası ilə qarşılaşıb.
Yunanıstanlı baş hakim Konstantinos Voudouris idarə etdiyi oyun “Lokomotiv” komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında cavab oyunu isə fevralın 25-də Sürixdəki “Saalsporthalle” Arenada təşkil olunacaq.
Qeyd edək ki, “Volero”nun heyətində Azərbaycan milli komandasının üzvü Nataliya Məmmədova çıxış edib.