“Baku Taxi” avtomobillərini Azərbaycan bayrağı ilə bəzəyib
Bakı, 5 oktyabr, AZƏRTAC
Xalqımız rəşadətli Ordumuza öz rəğbətini və hisslərini hər sahədə müxtəlif formalarda bildirir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Bakı Taksi Xidməti” MMC də öz növbəsində ordumuza dəstək və sərnişinlərdə ruh yüksəkliyi yaratmaq məqsədilə tabeliyindəki taksi minik avtomobillərinin üzərinə şanlı Azərbaycan bayrağının təsvirini yerləşdirib.
Bayrağımızın qüdrəti bizə bu gün də qələbə sevinci yaşatsın ümidi ilə yola çıxan “Bakı Taksi Xidməti” MMC-nin sürücüləri bayrağımızın əks olunduğu avtomobillərini Qarabağ yollarında sürəcəkləri günün yaxın olduğuna əmindirlər.