Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Baku Water Week 2025” çərçivəsində qlobal su təhlükəsizliyi və iqlim çağırışları müzakirə olunub

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də “Baku Water Week 2025” (Bakı Su Həftəsi) çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) təşkilatçılığı ilə 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən ADSEA sədrinin birinci müavini Xəyyam Məmmədov su ehtiyatlarının idarə olunmasının artıq milli deyil, qlobal əhəmiyyət daşıyan məsələ olduğunu diqqətə çatdırıb.

O qeyd edib ki, Azərbaycanda su resurslarının qorunması və səmərəli istifadəsi dövlət siyasətinin əsas prioritetlərindəndir. “Ölkəmizdə keçirilən genişmiqyaslı islahatlar və layihələr məhz bu məqsədə xidmət edir. Lakin biz yaxşı bilirik ki, su qıtlığı və iqlim dəyişimləri kimi çağırışlar yalnız bir ölkənin imkanları ilə həll edilə bilməz. Ona görə də əməkdaşlıq, təcrübə mübadiləsi və birgə təşəbbüslər xüsusi önəm daşıyır. Bu konfrans məhz belə bir platformadır - burada müzakirə ediləcək ideyalar və irəli sürüləcək təkliflər gələcək addımlarımıza istiqamət verəcək. Biz inanırıq ki, burada aparılacaq dialoq nəticəsində yeni tərəfdaşlıqlar formalaşacaq, su idarəçiliyi sahəsində regional və qlobal səviyyədə daha səmərəli həll yolları ortaya çıxacaq”, - deyə ADSEA rəsmisi bildirib.

Açılış nitqindən sonra konfrans plenar sessiya və panel müzakirələrlə davam edib.

Arizona Dövlət Universitetinin professoru Olcay Ünverin moderatorluğu ilə keçən “Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər” mövzusunda plenar sessiyada ADSEA-nın sədri Zaur Mikayılov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev, "ACWA Power"in Baş icraçı direktoru Marco Arcelli, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev çıxış ediblər.

Zaur Mikayılovun sözlərinə görə, dünyada suya tələbat sürətlə artır, iqlim dəyişmələri, əhalinin artımı, urbanizasiya və sənayeləşmə nəticəsində resurslar üzərində təzyiq daha da güclənir. “Bu isə ölkələri yeni yanaşmalara və birgə hərəkətə məcbur edir. Liderlik isə burada əsas həlledici amildir - yalnız strateji vizyona, çevik qərarlara və məsuliyyətli idarəetməyə əsaslanan liderlik bizi çətinliklərdən çıxara bilər. Azərbaycanın su siyasəti məhz bu prinsiplərə söykənir. Ölkəmizdə qəbul olunmuş milli su strategiyası yaxın onilliklər üçün qarşımıza aydın hədəflər qoyur; su ehtiyatlarının ədalətli və rasional idarə edilməsi, infrastrukturun müasirləşdirilməsi və rəqəmsal texnologiyaların tətbiqi, alternativ və dayanıqlı su mənbələrinin inkişafı, elm, innovasiya və beynəlxalq əməkdaşlığın gücləndirilməsi. Bu məqsədlə genişmiqyaslı layihələr həyata keçirilir. Yeni su anbarlarının tikintisi, suvarma sistemlərinin yenilənməsi, şəhər və kəndlərdə içməli su təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Eyni zamanda, rəqəmsal idarəetmə platformaları vasitəsilə su balansı, sərfiyyat və itkilər real vaxt rejimində izlənir. Lakin bugünkü reallıq göstərir ki, ənənəvi mənbələr kifayət etmir. Ona görə də biz alternativ həllərə xüsusi diqqət ayırırıq – yağış sularının toplanması, təkrar istifadənin təşviqi, müasir duzsuzlaşdırma texnologiyalarının tətbiqi. Bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq bizim üçün olduqca önəmlidir”, - deyə Z.Mikayılov qeyd edib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu ildən yerli istehsal olan müasir suvarma avadanlıqlarının subsidiyalaşdırma səviyyəsinin artırılacağını bildirib. Onun sözlərinə görə, bununla həm fermerlər üçün əlçatanlığı artırmaq, həm də ölkədə istehsal potensialını və yeni iş yerlərini genişləndirmək planlaşdırılır. “İşğaldan azad edilmiş ərazilərdə selləmə suvarma tamamilə qadağan olunacaq. Bu, gələcəkdə Azərbaycanda selləmə suvarmanın ölkə üzrə mərhələli şəkildə dayandırılması istiqamətində ilk addım olacaq. Biz müasir suvarma sistemlərinin geniş tətbiqi ilə həm suya qənaət etməli, həm də məhsuldarlığı artırmalıyıq”, - deyə nazir diqqətə çatdırıb.

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev qeyd edib ki, iqlim dəyişikliyi və orta temperaturun artması dünyada olan su resurslarının yığılmasına və istifadəsinə çox böyük təsir göstərir. Bu gün həmin təsirlər buzlaqların əriməsinə, qar ehtiyatlarının azalmasına gətirib çıxarır. Hazırda bütün dünyada həmin proses gedir. Əfsuslar olsun ki, Azərbaycanda da buzlaqların əriməsini və qar ehtiyatlarının azalmasını müşahidə edirik.

Hər il dağlara, xüsusilə Böyük Qafqaza və Kiçik Qafqaza ekspedisiyaların təşkil olunduğunu diqqətə çatdıran Muxtar Babayev əlavə edib: “Mütəxəssislər dağlarda çox ciddi prosesin getməsinə şahidlik edirlər. Hər il dağlarımızda qar ehtiyatları azalır, buzlaqlar əriməyə məruz qalır. Təəssüf ki, həmin proses bütün dünyada baş verir. Əlbəttə ki, ilkin səbəbi iqlim dəyişikliyi, orta temperaturun artması, digər səbəbi yağıntıların qeyri-bərabər bölünməsidir. Bu da istər-istəməz sululuğun azalmasına, daşqınların, sellərin və digər hidrometeoroloji hadisələrin baş verməsinə gətirib çıxarır. Əlbəttə ki, həmin məsələlərin müzakirəsində dövlətlərdən başqa, beynəlxalq təşkilatlar da aktiv rol oynayır. Demək olar ki, Azərbaycanda da illərdir beynəlxalq təşkilatlar və maliyyə institutları ilə birlikdə həmin məsələlərin müzakirəsi əhəmiyyət kəsb edir. Bununla yanaşı, beynəlxalq təşkilatlarla birlikdə çoxlu su layihələri həyata keçirilir. Lakin su ehtiyacının artması ilə əlaqədar böyük narahatlıq var. Dünyada ölkələr su bol olan, sarı zonada yerləşən, - yəni, su nisbətən onların ehtiyaclarını qarşılaya bilir, - su qıtlığı ilə üzləşmiş və üzləşə bilənlərə bölünür. Su qıtlığı ilə üzləşmiş və ya onlara yaxın olan ölkələrin siyahısı hər il çoxalır. Əfsuslar olsun ki, Azərbaycan da həmin siyahının içindədir. Bizim üçün də çox ciddi tədbirlərin görülməsi vacibdir. Əlbəttə ki, ciddi risklərin qarşısının tam alınması mümkün görünmür, lakin adaptasiya planlarının hazırlanması mümkündür”.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin sözlərinə görə, su ehtiyatlarının çirklənməsi və qıtlığı təkcə ekosistemlər üçün deyil, həm də ölkələrin iqtisadi və sosial sabitliyi üçün birbaşa risk yaradır: “Suyun keyfiyyəti pozulduqda kənd təsərrüfatında məhsuldarlıq azalır, ictimai su təchizatı çətinləşir. Həmçinin ictimai sağlamlıq təhlükə altına düşə, nəticədə sosial gərginliklər yarana bilər. Nazirlik su ehtiyatlarının qorunması məqsədilə bir sıra prioritet istiqamətlər müəyyənləşdirib. İlk növbədə, müasir monitorinq sistemləri tətbiq olunur. Hidrobioloji və kimyəvi analizlər, peyk müşahidələri və rəqəmsal bazalar vasitəsilə çaylarda, göllərdə və yeraltı sularda ekoloji vəziyyət izlənilir. İkinci istiqamət ekoloji ekspertizadır. İstənilən layihə və ya infrastrukturun həyata keçirilməsi zamanı su ehtiyatlarına təsir ciddi şəkildə qiymətləndirilir. Üçüncü istiqamət isə beynəlxalq hesabatlılıqdır. Azərbaycan BMT-nin Su konvensiyana daxil olmaqla, beynəlxalq mexanizmlər çərçivəsində öhdəlikləri yerinə yetirir və regional əməkdaşlığa töhfə verir. Eyni zamanda, su ehtiyatlarının qorunması ilə bağlı ekosistem yanaşmasını əsas tuturuq. Çay hövzələrinin ekoloji balansının qorunması, yaşıllıqların bərpası, meşə zolaqlarının artırılması kimi tədbirlər yalnız təbiəti qorumaqla məhdudlaşmır, həm də su dövranını sabitləşdirir və iqlim dəyişikliyinin mənfi təsirlərini azaldır. Beləliklə, Azərbaycanın mövqeyi aydındır: Su idarəçiliyində ekoloji yanaşma artıq seçim deyil, strateji zərurətdir. Bu, həm daxili ekosistemlərin sağlamlığına, həm də regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Nazirlik olaraq, biz həmin missiyanı davam etdirərək bütün tərəfdaşlarla birgə daha davamlı ekoloji cəhətdən təhlükəsiz gələcək qurmaq üçün əməkdaşlığa hazırıq”.

Konfrans zamanı “Su strategiyaları: İnfrastruktur və rəqəmsallaşdırma”, “Alternativ su mənbələrinin idarə edilməsində innovativ yanaşmalar”, “Su diplomatiyası: Sərhədləri aşan əməkdaşlıq”, “Su ehtiyatlarının davamlılığı: Elm və innovasiyanın rolu” mövzularında panel müzakirələr keçirilib.

Həmçinin “Hackathon” müsabiqəsində qalib gəlmiş komandalar təltif olunublar.

Xatırladaq ki, “Baku Water Week 2025”də Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya, İsrail, İsveçrə, Hindistan, Macarıstan, Türkiyə, Serbiya, Səudiyyə Ərəbistanı və Sinqapuru təmsil edən 70-dək şirkət və nümayəndə heyətləri iştirak edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Sinqapur arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Azərbaycan və Kolumbiya arasında viza tələbinin qarşılıqlı ləğvi barədə saziş imzalanıb

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Azərbaycan və Banqladeş arasında viza tələblərinin aradan qaldırılması haqqında saziş imzalanıb

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Azərbaycan və İran XİN rəhbərləri regional prosesləri müzakirə ediblər

Tramp: ABŞ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını araşdırır

Şəki və Qaxda antiterror əməliyyatı zamanı şəhid olanların xatirəsi anılıb

Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər

Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər

Tramp Marko Rubionu rəsmi olaraq milli təhlükəsizlik müşaviri vəzifəsinə təsdiqləyib

Naxçıvanda avtomobil piyadaları vurub

ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib

“Qarabağın paleolit abidələri müasir tədqiqatlarda” mövzusunda məruzə dinlənilib

Tədqiqatçı: Alban kilsə tikililərində belə yazılara rast gəlinmir

Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinə bilet alanlara müraciət olunub

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Azərbaycan millisinin futbolçusu: Tacikistanla oyuna ciddi hazırlaşmışıq

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

UNEC-də 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

Donald Tramp Danimarka və Qrenlandiya rəhbərləri ilə təhlükəsizlik sazişi imzalayıb

Bu saata olan əsas xəbərlər  

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Bakıda yerləşən ali təhsil müəssisələrində bu həftə tədris distant təşkil olunacaq

Cavad Cavadlının 100 illiyinə həsr edilmiş kitabın təqdimatı olub

“Yeni qala” konsert kompleksinin açılışı olub

Ayxan Abbasov: Bu hazırlığımızı qarşıdakı üç oyun üzərində quracağıq

BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var

Antonio Quterreş Yaxın Şərqdə atəşkəsə və humanitar yardımları bərpa etməyə çağırıb

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələri qurumdan rəsmən çıxmağa çağırıb

Voleybol üzrə Azərbaycan çempionatlarının təqribi start tarixi bəlli olub

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

Doğma yurda qayıdan Kərkicahan sakini: Bu gün bizim ən xoş günümüzdür

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır

Kişi qiyafəsinə girərək məşq edən əfqanıstanlı velosipedçi qadın Asiya Oyunlarında medal qazanıb

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

Donald Tramp: Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam

Fərid Hüseyn: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi irsi hər nəsil üçün yeni düşüncə imkanları yaradır

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq

Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Müşavirə dağ-mədən və metallurgiya sektoruna dövlət dəstəyinin artırılmasına imkan verəcək - ŞƏRH

Minsk qrupunun sonunu gətirən “silah” – TƏHLİL

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

IMO nümayəndəsi: Mülki gəmilərə hücumlar səbəbindən Qara dənizdə gəmiçilik demək olar dayanıb

Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir - ŞƏRH

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır – ŞƏRH

Bir zamanlar ekranda heyranlıqla izlədiyi döyüşçülər kimi oldu - 19 yaşlı şəhid Seymur Əzizalıyev

® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?

Tacikistan yığmasının baş məşqçisi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir

Azərbaycan və Malayziya mərkəzi bankları mühasibat uçotu təcrübələrini bölüşüb

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz hissəsidir ŞƏRH

“ADEX-2026” sərgisində iştirak edəcək ölkələrin və şirkətlərin sayı artıb

III Beynəlxalq Opera Festivalı çərçivəsində konsertlər davam edir

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılır

Moldova hökuməti Dnestr çayının dayazlaşması ilə əlaqədar fövqəladə vəziyyətin tətbiqini təsdiqləyib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

BMT ekspertləri süni intellekt üzərində nəzarətin itirilməsi barədə xəbərdarlıq ediblər

Deputat: Azərbaycana qarşı aparılan kampaniyanın dirijoru Ermənistan hakimiyyətidir

“Mançester Yunayted”in sabiq futbolçusu Rusiya klubları ilə danışıqlar aparır

Böyük Zəfərin əbədi qəhrəmanları - Ədəbiyyat Muzeyində elmi seminar

AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Avropada qazın qiyməti 3 həftənin minimumuna enib

“ASAN xidmət”in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

Qafqaz Albaniyasının heykəltaraşlıq nümunələri: ideya və inancların simvolu

“Sumqayıt” basketbolçusu ilə yeni müqavilə imzalayıb

BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Akademiyası yaradılıb

Teatr tarixində ilk: Tamaşalarımız Türkiyənin ən böyük sənət vəqfi tərəfindən mükafatlandırılacaq

Parlamentin Gənclər və idman komitəsinin ötən sessiyada görülmüş işləri qənaətbəxş hesab olunub

Cəlilabadda bədbəxt hadisə baş verib

Telman İbrahimov: Qafqaz Albaniyasında heykəltaraşlıq ənənələrinin kökləri qədim dövrlərə gedib çıxır

İlqar Fəhmi: Nizami yaradıcılığının təbliği, gənc nəslə çatdırılması mühüm əhəmiyyət daşıyır