Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bal baba”: Kim may ayında bal süzürsə, o, haramlıq edir VİDEO

Ağcabədi, 22 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Arıçılıq Azərbaycanda çox qədim tarixə malikdir. Ölkəmizin əlverişli iqlimi, zəngin bitki örtüyü iqtisadi cəhətdən gəlirli olan bu sahənin inkişafını şərtləndirən başlıca amillərdəndir. Xalqımızın arıçılıq sahəsindəki ənənələri hazırda uğurla davam və inkişaf etdirilir.

Ömrünün əlli ilindən çoxunu arıçılığa həsr etmiş Ağcabədi rayonu Xocavənd kənd sakini Şahid Məmmədov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində arıçılıq, yaz mövsümü ilə əlaqədar arıçıların qayğıları, arıxanada görülməli işlərdən danışıb.

Hamının “Bal baba” adlandırdığı 78 yaşlı arıçı bildirib ki, arıçılıq çox maraqlı, eyni zamanda, insandan səbir, zəhmət və incəlik tələb edən bir sahədir. Arı halallığı və təmizliyi sevən canlıdır. Arıçı da gərək buna riayət etsin. Arıçılıq həm də insanın sağlamlığı baxımından da əvəzolunmaz peşədir. Belə ki, arıçılıqla məşğul olanlar qiymətli, vitamin və minerallarla zəngin olan arı məhsullarından istifadə edir, daim təbiət qoynunda olurlar ki, bu da onların sağlamlığına müsbət təsir göstərir.

Təcrübəli arıçı ilə görüşümüz aprel ayına təsadüf etdiyindən söhbətimizin mövzusu da əsasən arıçıların yaz qayğılarından oldu. Aprel ayını arıçılıqda ən intensiv iş aparılan dövr hesab edən arıçı bildirib ki, yazda pətəklərdə görülən işlər bol məhsulun əldə olunması baxımından çox əhəmiyyətlidir. Apreldə havalar isindiyi, təbiət oyandığı, çiçəklər açdığı üçün ana arı daha çox yumurta qoyur və pətəkdə cavan arıların sayı artır. Bu dövr pətəklərdə qızğın iş getdiyi kimi arıçıların da işi çoxalır. Belə ki, pətəklərə baxış keçirilməli, zəif ailələrə yem, vitamin verilməli, təzə şan qoyulmalı, süfrəköçürmə, ayırma işləri aparılmalıdır.

“Hazırda arıların artım vaxtıdır. Zəif analar cavan, güclü ana arı ilə əvəzlənməlidir. Bu dövrdə pətəkdə sürfələr əmələ gəlir, ailə keyfiyyətcə yeniləşir. Yaşlı qoca arılar tədricən tələf olur, cavanlar isə onları əvəz edir. Cavan arıların sayı artır, yuvada darısqallıq əmələ gəlir. Odur ki, ailənin gələcək inkişafına şərait yaratmaq üçün əlavə şanların verilməsi yolu ilə yuva genişləndirilməlidir. Dolan yuvalara mərtəbə vermək və ya ayırmaq lazımdır. Yuvanın genişləndirilməsi beçəvermənin qarşısını alır və məhsuldarlığın yüksəlməsinə səbəb olur. Yaz mövsümündə zəif arı ailələrinə yem verilməlidir. Bol bal əldə etmək üçün yaz dövründə arıları kifayət qədər bal və çiçək tozu ilə təmin etmək lazımdır. Arıçılara məsləhət görürəm ki, arıya şərbət verməsinlər. Şərbət verilən arı xəstə olur. Məhsulu da yaxşı olmur. Arıçı halal olmalıdır ki, balı da halal olsun”, - deyə “Bal baba” vurğulayıb.

Yaz mövsümündə ən vacib amillərdən biri də arıların pətəkdə analıq asmasına diqqət yetirməkdir. Təcrübəli arıçı deyib: “Əgər baxılmasa, yuva genişləndirilməsə, mərtəbə verilməsə arı beçə verər. Aprelin axırı ilə mayın 10-u arası beçəvermənin ən intensiv vaxtıdır. Arını beçəyə buraxmaq olmaz. Çünki beçə verən pətəkdən bal götürmək olmur. Hazırda arıların pətəklərdə analıq asması dövrüdür. Biz həmin ana yuvasına sürfə köçürdürük. İşçi arılar isə ora süd qoyurlar. Ana arı yalnız arı südü ilə qidalandığı üçün 3-4 il yaşayır. İşçi arıların ömrü isə qışlama vaxtı bir neçə ay, yay aylarında 28-35 gün olur. İşçi arının ömrünün yayda az olması gərgin iş prosesi ilə bağlıdır. Belə ki, həyatının ilk günündən başlayaraq pətək qovucuqlarında təmizlik işləri aparır, arı südü ifraz edir, cavan arıları arı südü ilə bəsləyir, şan hörür, keşik çəkir, pətəkdə havalandırma aparır, çiçəkləri tozlandırır, nektar və çiçək tozu toplayır, yuvaya su gətirir”.

Şahid Məmmədov bildirib ki, hazırda arılar balla yanaşı, çiçək tozu da toplayırlar. Arılar çiçək tozunu ayaqlarında gətirirlər. Arı pətəyə girəndə çiçək tozu sıyrılır və xüsusi qoyulmuş qaba tökülür. Hər yeşikdən gün ərzində 50-100 qram çiçək tozu götürmək olur. Çiçək tozu kölgədə qurudulmalıdır. Çünki Günəş işığı çiçək tozuna zərərlidir. Tərkibində çoxlu vitamin, mineral, ferment və amin turşusu olan çiçək tozu bir çox xəstəliklərin müalicəsində və profilaktikasında istifadə edilir.

Arıçı müxtəlif bitkilərdən yığılan ballar haqqında da məlumat verərək deyib: “Meşədən toplanan ağ akasiya və cökə balı duru, rəngi sarı, xarlayanda xırda dənəli olur. Süpürgədən və maralyoncasından alınan balın rəngi isə qırmızı olur. Biyanın balı çox gözəldir. Aran zonasında toplanan bu balın çox müalicəvi xüsusiyyətləri var. Yağtikanı balı antibakterialdır. Yaraya vurduqda tez bir zamanda sağaldır. Amma xarlayanda iri dənəli olur”.

Onun sözlərinə görə, xalis bal çəkiləndən 60 gün sonra xarlamalıdır. Balın tez və ya gec xarlaması onun toplandığı bitkilərdən asılıdır. Belə ki, pambıq balı tez - 15 günə xarlayır. Cökə və ağ akasiya balı isə gec xarlayır. Ümumiyyətlə yaz balı gec xarlamalıdır. Yaz balını arı may ayında yığır. May balı isə iyunda süzülür. Kim may ayında bal süzürsə, o, haramlıq edir. Çünki balın tam özünə gəlməsi üçün müəyyən vaxt lazımdır. Keyfiyyətinə görə yaz balı əvəzsizdir. Çünki çiçəkdən çəkilən nektardır.

Təcrübəli arıçının təsərrüfatında hazırda 70 arı ailəsi var. 51 ildir arıçılıqla məşğuldur. Bildirdiyinə görə, təsərrüfatında 200-ə qədər arı ailəsi olub: “İndi yaşlandığım üçün sayını azaldıb 70-ə endirmişəm. Arıxana akasiya meşəsinin yaxınlığındadır. Bundan başqa ərazi biyan, yağtikanı kimi balverən bitkilərlə də zəngindir. Hər yeşikdən 12-15 kiloqram bal götürürəm. Ümumilikdə 800 kiloqram bal, həmçinin çiçək tozu, vələmum toplayıram. İldə ən azı 100 kiloqram ərinmiş mum təhvil verib əvəzinə şan alıram”.

Məhsulun satışını əsasən evdə və yarmarkada həyata keçirən arıçı uzun illərdir bal satışı ilə də məşğuldur. “Artıq nəinki Ağcabədidə, eləcə də respublikada məni “Bal baba” kimi tanıyırlar. Arıçı halal olarsa, müştəri sarıdan çətinliyi olmaz. Yaxşı məhsulun satışı da yaxşı olar. Respublikanın müxtəlif regionlarından, hətta arıçılıqla məşğul olan bölgələrindən də bal sifarişlərim var. Hər il Bakı şəhərində keçirilən arıçılıq məhsullarının satış yarmarkasında da iştirak edirəm”, - deyə o qeyd edib.

“Bal baba”: Kim may ayında bal süzürsə, o, haramlıq edir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sentyabrda “Brent” 14 faiz bahalaşaraq iyuldan bəri ən güclü aylıq artım tempi göstərib

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir

Aktotı Raimkulova: Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir

Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib

Türkiyə-Azərbaycan qardaşlığı xalqlarımızın tarixi və mənəvi birliyinə əsaslanır - ŞƏRH

“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir

Şahin Mustafayev: Azərbaycan irsinin UNESCO siyahılarına daxil edilməsi üçün böyük imkanlar var

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır

Sabah yağış yağacaq, külək güclənəcək

Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb

Rumıniyada Aİ-nin quruda ən böyük Günəş elektrik stansiyası layihəsi reallaşdırılacaq

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

Türk Tarix Qurumu Azərbaycan aliminin ikicildlik əsərini çap edib

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir

Xəzər Boru Kəməri Konsorsiumunun Qara dənizdəki terminalından neft daşınması 4 milyon ton azalıb

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır.

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilir YENİLƏNİB 2

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq: Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq: Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır

Prezident: Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Xəzər Universitetinin tələbəsi: Heyvanlara marağım baytarlıq ixtisasını seçməyim üçün əsas amil oldu VİDEO

Fərhad Məmmədov: Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur

Türk mütəxəssis: Azərbaycan bizim vətənimizdir, təcrübəmi buradakı voleybolçulara ötürmək istəyirəm - MÜSAHİBƏ

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO

Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO

Mehmet Daniş: Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO

Sodyq Safoev: Mərkəzi Asiya regionu dünyada baş verən əsas proseslərin təsiri altındadır

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb