Balakəndə bu günədək vətəndaşlara 31 min dozadan çox vaksin vurulub
Balakən, 29 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Prosesə başlandığı gündən indiyədək Balakən rayonu üzrə vətəndaşlara 31 min 120 doza vaksin vurulub.
Rayon icra hakimiyyətində yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 20 min 663 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 10 min 457 nəfərdir.
Yaş qrupları üzrə bu günədək Balakən rayonunda 65 yaşdan yuxarı vətəndaşlara 3 min 489 doza, 50-65 yaş arasında vətəndaşlara 11 min 818 doza, 50 yaşadək vətəndaşlara isə 15 min 813 doza vaksin vurulub.