BALAKƏNDƏ ƏHALİNİN MƏŞĞULLUĞU DİQQƏT MƏRKƏZİNDƏDİR
Balakən rayonunda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin icrası müvəffəqiyyətlə davam etdirilir, əmək qabiliyyətli əhalinin böyük əksəriyyətinin aqrar bölmədə çalışdığı bu rayonda sakinlərin məşğulluğunun təmin edilməsi məqsədi ilə tədbirlər görülür. Son iki ildə illik istehsal gücü 2 milyon ədəd kərpic və gündə 200 ton bişmiş asfalt istehsal edən yeni zavodlar işə salınmış, “Dərya” fındıq emalı müəssisəsi, həmçinin 2 fındıq emalı sexi istifadəyə verilmiş, spirtsiz içkilərin istehsalına başlanılmış, 2 bank filialı, 3 yeni şadlıq evi, onlarla ticarət və xidmət obyekti açılmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, proqramın icrasına başlanandan bəri Balakəndə 3500-dən artıq yeni iş yeri, o cümlədən 1433 daimi iş yeri yaradılmışdır. Bu dövrdə rayonda 59 hüquqi və 360 fiziki şəxs qeydiyyatdan keçmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:09]
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 06.10.2026 [16:20]
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- 06.10.2026 [16:04]