Balakəndə iki tondan çox çətənə kolu məhv edilib
Bakı, 5 iyun, AZƏRTAC
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının “Xaş-Xaş-2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Kortala kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, ümumi çəkisi 2 ton 150 kiloqram olan yabanı halda bitən çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.