BALAKƏNDƏ YENİ BƏNDLƏR İNŞA OLUNACAQ
Balakən Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə tezliklə rayonun Balakən, Katex və Mazım çaylarında 4233 metr uzunluğunda yeni sahilbərkidici bəndlərin inşası nəzərdə tutulur. Bu məqsədlə bankın nümayəndələri Balakəndə olmuş, yerli mütəxəssislərlə birlikdə bənd salınacaq ərazilərə baxış keçirmiş, relyeflə və yerli şəraitlə yaxından tanış olmuşlar. Tikinti işlərinin layihə-smeta sənədləri artıq təsdiq olunmuşdur. Layihəyə uyğun olaraq Mazım çayında 714 metr, Balakən çayında 1260 metr, Katex çayında isə 2259 metr uzunluğunda beton bəndlər tikiləcəkdir.
Yeni bəndlər dağ çaylarının daşması nəticəsində hər il yaranan sel təhlükəsini aradan qaldıracaq və bu ərazidə yerləşən 8 yaşayış məntəqəsinin və minlərlə hektar əkin sahəsinin sel sularından etibarlı mühafizəsini təmin edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]