BALIQLARIN NÖVDAXİLİ MÜXTƏLİFLİYİ ÖYRƏNİLMİŞDİR
Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, balıqların, su onurğasızlarının, amfibilərin, reptililərin, quşların, məməlilərin əksər növlərinin biologiyası, ekologiyası, növdaxili müxtəlifliyi, yayılma qanunauyğunluqları öyrənilmişdir.
Nadir və təsərrüfat əhəmiyyətli növlərin çoxaldılma reintroduksiya metodları, milli parkların dövlət qoruqlarının və yasaqların yaradılmasına aid tövsiyələr hazırlanır.