RƏSMİ XRONİKA
BANQLADEŞ XALQ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ZİLLUR RƏHMANA
Hörmətli cənab Prezident,
Ölkənizin paytaxtı Dəkkə şəhərində baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbərindən son dərəcə sarsıldım.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Banqladeş xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 4 iyun 2010-cu il.