Banqladeşdə gün ərzində COVID-19-dan 34 ölüm qeydə alınıb
Pekin, 27 iyun, AZƏRTAC
Ötən sutka ərzində Banqladeşdə yeni növ koronavirusa (COVID-19) 3504 yoluxma və virus səbəbindən 34 ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Banqladeşin Səhiyyə Xidmətləri üzrə Baş İdarəsinin rəhbəri Nəsimə Sultana ölkədə virusa yoluxanların ümumi sayının 133 min 978 nəfərə, ölənlərin sayının isə 1695-ə çatdığını açıqlayıb. Bildirib ki, indiyədək təxminən 54 min pasiyent sağalaraq xəstəxanaları tərk edib. Ölkədə COVID-19-a yoluxmanı müəyyən etmək üçün 58 laboratoriyada testlər aparır. İndiyədək ölkə üzrə 712 min test həyata keçirilib. Hökumət yaşayış məntəqələrini yoluxma sayına görə qırmızı, sarı və yaşıl zonalara bölüb.
Qeyd edək ki, Banqladeşdə COVID-19-a ilk yoluxma martın 8-də, ilk ölüm isə martın 18-də qeydə alınıb. Ölkədə ən çox yoluxma paytaxt Dəkkə, Çattoqram və Narayanqanc şəhərlərində qeydə alınıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]