Barak və Mişel Obamalar Harrisin ABŞ prezidentliyinə namizədliyini dəstəkləyib
Bakı, 26 iyul, AZƏRTAC
ABŞ-ın sabiq dövlət başçısı Barak Obama və onun həyat yoldaşı Mişel noyabrın 5-də keçiriləcək prezident seçkilərində Kamala Harrisin namizədliyini dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, Barak və Mişel Obamalar mövqelərini özlərinin sosial media hesablarında bildiriblər.
“Mişel və mən dostumuz Kamala Harrisə zəng edərək əla prezident olacağını və onu tam dəstəklədiyimizi dedik. Seçkilərdə onun qalib gəlməsi üçün əlimizdən gələni edəcəyik”, - deyə Barak Obama yazıb.
Mişel Obama isə öz növbəsində pozitivliyi, yumor hissi və insanlara ümid vermək bacarığına görə Kamala Harrisin Demokratlar partiyasından dövlət başçısı postuna namizədliyini dəstəklədiyini vurğulayıb.
Qeyd edək ki, iyulun 21-də ABŞ-ın hazırkı Prezidenti Cozef Bayden dövlət başçısı postuna yenidən seçilmək istəmədiyini elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]