“Barselona” səfərdə “Selta Viqo” ilə heç-heçə edib
Bakı, 27 iyun, AZƏRTAC
Futbol üzrə İspaniya çempionatının XXXII turu çərçivəsində keçirilən qarşılaşmada “Barselona” səfərdə “Selta Viqo”nun qonağı olub.
AZƏRTAC xəbər verir ki, gərgin keçən qarşılaşmada tərəflər hər biri iki qol vuraraq heç-heçə ediblər. Kataloniya klubunun qollarının hər ikisini uruqvaylı hücumçu Luis Suarez (20, 65) vurub. Meydan sahiblərinin heyətində isə Fedor Smolov (50) və İaqo Aspas (88) fərqləniblər.
Günün digər matçında isə “Atletik Bilbao” “Malyorka”nı 3:1 hesabı ilə məğlub edib.
Bu oyundan sonra “Barselona” klubu turnir cədvəlində 69 xalla birinci pillədə qərarlaşıb. Ondan bir oyun az keçirmiş “Real Madrid” komandası 68 xalla ikincidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]