BARSELONADA AVROPA İTTİFAQI VƏ ARALIQ DƏNİZİNİN CƏNUB SAHİLLƏRİ ÖLKƏLƏRİNİN İLK ZİRVƏ TOPLANTISI KEÇİRİLİR
Tədbirin gündəliyinə terrorizmlə mübarizə, miqrasiya, regionda sülhün qorunması, davamlı inkişaf, iqtisadi qurumlarda islahatlar, Avropa İttifaqının Aralıq dənizi ölkələrinə yardımı və onların arasında mədəni mübadilə məsələlərinin müzakirəsi daxildir. Zirvə toplantısı çərçivəsində bir sıra ikitərəfli və çoxtərəfli görüşlər də keçirilir.
Xatırladaq ki, İspaniya hökumətinin təşəbbüsü ilə bu ölkələrin xarici işlər nazirləri səviyyəsində ilk iclası 1995-ci ildə Barselonada keçirilmiş və bundan sonra müxtəlif dövlətlərdə altı görüş olmuşdur. Barselona görüşündə ilk dəfə “Aİ-Aralıq dənizi tərəfdaşlığı planı” irəli sürülmüşdür. Ona görə də bu görüşü “Barselona prosesi” adlandırırlar. Bu prosesin son məqsədi siyasi dialoq və təhlükəsizlik məsələlərinə dair dialoq yolu ilə regionda sülhə nail olmaq, iqtisadiyyat və maliyyə sahəsində əməkdaşlıq vasitəsilə 2010-cu ilədək azad ticarət zonası yaratmaqdır. İndiki görüşdən məqsəd “Barselona prosesi”nə yenidən başlamaq, Avropa İttifaqı və Aralıq dənizi ölkələrinin siyasi, iqtisadi, mədəni, sosial və digər sahələrdə hərtərəfli əməkdaşlığına təkan verməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]